Archive for the ‘Arxiv’ Category

Statuses

Sədaqət nümunəsi

In Arxiv,Günün Yazısı on İyun 7, 2010 tərəfindən Araz Önər Etiketlənmiş: ,

“Yenə başladılar”. Dəyanət adlı cəbhəçi gənc aksiyada iştirak etdiyi üçün kafedə offisiant işindən azad edilib.

O kafenin administratoru çox təmkinli, muğamsevər, sadə bir azərbaycanlıdır. Səfuranın Eurovisionda 1-ci yer tutmaması onu çox kədərləndirib.  Ancaq yenə də erməni təmsilçidən yuxarı yer tutması ona təsəlli verdi. Read More »

Statuses

Foto (c) Reuters

In Arxiv,Günün Yazısı on May 23, 2010 tərəfindən Araz Önər

Statuses

Qorxulu yazı

In Arxiv,Yazılar on Yanvar 24, 2010 tərəfindən Araz Önər

Hərdən gələcəyi fikirləşirəm. Hara gedəcəyimizi, sonda nə olacağını. Düzünü desəm bu fikirlər məni qorxudur. Bu yaxınlarda Pakistanda ana və ata bir falçının məsləhəti ilə 5 yaşlı

qızlarını qurban kəsdilər. Sonra statistikaya baxırsan. Parisdə məscidə gedənlərin sayı, kilsəyə gedənlərin sayından çoxdur. Eşitdiklərimizdən: “60 ilə, bəlkə də tez Avropa müsəlmanlaşacaq”. Çox qorxunc səslənir. İnsan belə bir şeyi fikirləşmək belə istəmir. Atalarımız deyib ki, fikir insanı s***r. Ona görə də lazım deyil. Ancaq fikirləşəndə görə nə olur.

Təsəvvür edin 2050-ci ildi. Yerin adı Avropa. Tamamilə müsəlmanlaşıb. Ölkələr şəriət qanunları ilə idarə edilir. Parisdə, Eifel qülləsindən hər həftənin bazar günü insanlar asılır. Xamneyi kimi bir dini lider var. Hər cümə Luvrda namaz qıldırır. Təsəvvür edin, fransızlara arvadı döyməyin strategiyasını başa salır. İşğal olunmamış torpaqlara lənətlər yağdırır və s. və i.a. Məncə çox qorxunc səslənir. Şəxsən Avropa mənim üçün son ümid yeridir. Yəni, nəsə olsa lap ekstrim vəziyyətdə gedib orada yaşamaq olar. Oranın da bura günə qalmasını fikirləşəndə insanın yaşamaq hissi ölür.

Bu gün İranda, Səudiyyə Ərəbistanında baş verənlərə baxın. İlk öncə deyim ki, arvad bir gün xəstələnib kişiyə vermək istəməsə kişini onu döymək hüququ var. Döymək də şəriət qaydaları ilə. Hər şeyin öz üsulu var. Hər gün neçə arvadın belə döyüldüyü xəbərini almaq artıq aktuallığını itirib. İranda insanları ağcaqanad öldürülən kimi öldürürlər. Hər həftə orta hesabla 10 nəfər asılır. Son seçkilərdəki hadisələrdən sonra nə qədər adam həbsxanalarda yatır. Bütün bunlardan xilas olmaq üçün müsəlman ölkələrindən insanlar Avropaya köçür. Avropalılar onlara qucaq açır, ev verir, iş verir. Bunlar hamısını qəbul edirlər. Necə deyərlər verirlər götür. Sonra da el qaydasıyla, şəriət üsuluyla minarə davası aparırlar.
Bu yaxınlarda bir xəbər eşitdim ki, Danimarka təhlükəsizlik orqanları Məhəmməd Peyğəmbərin karikaturasını çəkən rəssama öz evində xüsusi otaq hazırlayıb. Bu otaq onun evinə hücum edən müsəlmanlardan qorunmaq üçün hazırlanıb. Otaq xüsusi düymə ilə işləyir. Təhlükə hiss edilən zaman həmən düyməni sıxırsan, otağın qapıları açılır və təhlükəsiz əraziyə keçirsən. Otağın qapısı açılan zaman təhlükəsizliq orqanlarına siqnal gedir və onlar gəlib karikaturçunu xilas edirlər. Keçən dəfə bir iordaniyalı evə girmişdi.

Qorxuram cənablar, çox qorxuram. Siz də bu barədə fikirləşin, əminəm ki, çox qorxacaqsınız. Qorxulu filmlər lazım deyil, o günü fikirləşin.

Statuses

Bayraq masturbasiyası…

In Arxiv,Yazılar on Oktyabr 22, 2009 tərəfindən Araz Önər Etiketlənmiş:

Son 10 gündə Türkiyə ilə Azərbaycan arasında bayraq davası düşüb. Təsadüfi deyil ki bu dava məhz bu iki uca, dünyanın ən qədim qardaş xalqlarının başına gəlib. Türkiyə Azərbaycan bayraqlarını qadağan edir, Azərbaycan Türkiyə bayraqlarını…İnanıram ki çox keçməz aramızda dönər davası, dolma davası, ayran davası başlayacaq. Buna təəccüblənmərəm.

İnsana dəyər verilməyən ölkədə bayraq qızıldan da olsa dəyəri yoxdu…

Buna aid böyük post yaza bilərdim amma məncə lazım deyil. Qabaqdan GS-FB matçı gəlir…Daha vacib yazılası şeylər var…

Futbol diplomatiyası…

Statuses

Müstəqillik günləri

In Arxiv,Yazılar on Oktyabr 18, 2009 tərəfindən Araz Önər Etiketlənmiş: ,

Azadliq meydani hokumet evi10-900F(09,09,2009)

“Müstəqilliyimiz Əbədidir, Dönməzdir, Sarsılmazdır” – Heydər Əliyev

Hamı müstəqillik bayramını qeyd edir. Sabah yenə də konsert olacaq. Bəlkə cənab prezidentimiz əmr versə havaya fişənglər buraxılacaq. Bəlkə cənab prezidentimiz əmr versə Qarabağ da azad olunacaq. Hamı müharibə üçün, hamı sülh üçün. Əlsində heç biri məni maraqlandırmır. Nə müstəqillik günü, nə də Qarabağın azad olunması günü. Heç Qarabağ və Azadlıq uğrunda hərəkatın aqibəti də… Read More »

Statuses

Aksiya və başqa qeydlər

In Arxiv,XNews,Yazılar on Oktyabr 14, 2009 tərəfindən Araz Önər Etiketlənmiş: ,

Sənin qırmızı rəngin
fəhlənin və şairin
mübarizlərin gerçəkliyinin,
ağrının, ümidin və qələbənin
yeganə qırmızı rəngi olacaq.

4DA440D7-2A7C-4845-A450-A3DC13E8BB4C_s

Bugünkü aksiya planlaşdırıldığı kimi saat 13.00-da başladı. Aksiyada iştirak edənlər Hüseyn Cavid Parkındaydılar. Hər kəs aksiyanı başlamaq üçün kimdənsə göstəriş gözləyirdi. Bu göstəriş biraz gec gəldi. Yəqin aksiyanın planının düzgün qurulmamasından irəli gəlirdi. Və nəhayət bu göstəriş gəldi. Plakatlar açıldı, şüarlar səsləndi. Tağı Əhmədova istefa tələb olundu. İnsanlar qorxdu… Read More »

Statuses

Bloggerlərin növbəti məhkəməsi sentyabrın 16-sı baş tutacaq

In Arxiv,XNews on Sentyabr 7, 2009 tərəfindən Araz Önər Etiketlənmiş:

Bu gün Səbail rayon məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə həbs edilmiş bloggerlər – “AN” Gənclər Şəbəkəsinin təsisçisi Emin Millinin və “OL” Gənclər Hərəkatının əlaqələndiricisi Adnan Hacızadənin məhkəmə prosesi keçirilib. Prosesdə zərərçəkmiş tərəfin nümayəndəsi Zaur İbadov vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini xahiş edib. Hakim isə vəsatəti təmin etməyib. Read More »

Statuses

Gənc fəallar barışıq istəyir?

In Arxiv,Gənclik,XNews on Sentyabr 1, 2009 tərəfindən Araz Önər Etiketlənmiş:

emin-ve-adnan11

Gənc fəallar Adnan Hacızadə ilə Emin Abdullayev (Milli) həbslərinin siyasi motivlərlə bağlılığını təkzib edir və məsələnin barış yoluyla çözülməsinin istəyirlər.

Avqustun 28-də Ombudsman Aparatının internet səhifəsində yayılan məlumatda qeyd olunur ki, gənclər bu fikirləri təcridxanada onlarla görüş zamanı müvəkkil Elmira Süleymanovaya deyiblər.

Məlumatda o da qeyd olunur ki, görüşdə gənclər baş vermiş hadisədə özlərini təqsirli bilmədiklərini, barələrində aparılan istintaqın qərəzli yekunlaşdırıldığını bildiriblər.

Adnan Hacızadənin vəkili İsaxan Aşurov isə deyir ki, gənclərin həbsinə nə ad verilməsindən asılı olmayaraq bunun arxasında qanuni motivlər dayanmır. Read More »

Statuses

"Milan" faciəsi

In Arxiv,Yazılar,İdman on Avqust 30, 2009 tərəfindən Araz Önər Etiketlənmiş: ,

061jf0Dünən Milan derbisində İnter Milanı 4-0 məğlub edib. Derbinin ilk dəqiqələrində bərabər mübarizə getsə də. Sonra dan İnter oyuna hakim olmağı bacarıb. Xüsusən də Gattusonun zədələnib dəyişilməsini gözlədiyi anda qırmızı vərəqə alması Milanın işini çətinə salıb.

Oyunda qolları: Motta(29), Milito(36), Maicon(45), Stankovic(69) vurub.

Bu arada Andrey Şevçenko Dinamo Kiyevlə 2 illik müqavilə imzalayıb.

Statuses

Twitter nədir?

In Arxiv,Yazılar,Yeni Media on Avqust 29, 2009 tərəfindən Araz Önər Etiketlənmiş: , ,

twitterTwitter Nədir?

Twitter sizə 140 simvol ilə bu an nə etdiyinizi yazmanıza imkan verir. Tamamilə ödənişsiz bir xidmətdir. Twitterdə dostlarınızla, ailənizlə, iş yoldaşlarınızda tez-tez sürətli bir şəkildə o an nə etdiyinizi paylaşa bilərsiniz. O cümlədən bütün yenilikləri öz elektron poçtunuza və yaxud mobil telefonunuza göndərir. Twitterdə öz səhifənizi öz zövqünüzə görə dizayn edə bilərsiniz. Read More »