Statuses

Qorxulu yazı

In Arxiv, Yazılar on Yanvar 24, 2010 by Araz Önər

Hərdən gələcəyi fikirləşirəm. Hara gedəcəyimizi, sonda nə olacağını. Düzünü desəm bu fikirlər məni qorxudur. Bu yaxınlarda Pakistanda ana və ata bir falçının məsləhəti ilə 5 yaşlı

qızlarını qurban kəsdilər. Sonra statistikaya baxırsan. Parisdə məscidə gedənlərin sayı, kilsəyə gedənlərin sayından çoxdur. Eşitdiklərimizdən: “60 ilə, bəlkə də tez Avropa müsəlmanlaşacaq”. Çox qorxunc səslənir. İnsan belə bir şeyi fikirləşmək belə istəmir. Atalarımız deyib ki, fikir insanı s***r. Ona görə də lazım deyil. Ancaq fikirləşəndə görə nə olur.

Təsəvvür edin 2050-ci ildi. Yerin adı Avropa. Tamamilə müsəlmanlaşıb. Ölkələr şəriət qanunları ilə idarə edilir. Parisdə, Eifel qülləsindən hər həftənin bazar günü insanlar asılır. Xamneyi kimi bir dini lider var. Hər cümə Luvrda namaz qıldırır. Təsəvvür edin, fransızlara arvadı döyməyin strategiyasını başa salır. İşğal olunmamış torpaqlara lənətlər yağdırır və s. və i.a. Məncə çox qorxunc səslənir. Şəxsən Avropa mənim üçün son ümid yeridir. Yəni, nəsə olsa lap ekstrim vəziyyətdə gedib orada yaşamaq olar. Oranın da bura günə qalmasını fikirləşəndə insanın yaşamaq hissi ölür.

Bu gün İranda, Səudiyyə Ərəbistanında baş verənlərə baxın. İlk öncə deyim ki, arvad bir gün xəstələnib kişiyə vermək istəməsə kişini onu döymək hüququ var. Döymək də şəriət qaydaları ilə. Hər şeyin öz üsulu var. Hər gün neçə arvadın belə döyüldüyü xəbərini almaq artıq aktuallığını itirib. İranda insanları ağcaqanad öldürülən kimi öldürürlər. Hər həftə orta hesabla 10 nəfər asılır. Son seçkilərdəki hadisələrdən sonra nə qədər adam həbsxanalarda yatır. Bütün bunlardan xilas olmaq üçün müsəlman ölkələrindən insanlar Avropaya köçür. Avropalılar onlara qucaq açır, ev verir, iş verir. Bunlar hamısını qəbul edirlər. Necə deyərlər verirlər götür. Sonra da el qaydasıyla, şəriət üsuluyla minarə davası aparırlar.
Bu yaxınlarda bir xəbər eşitdim ki, Danimarka təhlükəsizlik orqanları Məhəmməd Peyğəmbərin karikaturasını çəkən rəssama öz evində xüsusi otaq hazırlayıb. Bu otaq onun evinə hücum edən müsəlmanlardan qorunmaq üçün hazırlanıb. Otaq xüsusi düymə ilə işləyir. Təhlükə hiss edilən zaman həmən düyməni sıxırsan, otağın qapıları açılır və təhlükəsiz əraziyə keçirsən. Otağın qapısı açılan zaman təhlükəsizliq orqanlarına siqnal gedir və onlar gəlib karikaturçunu xilas edirlər. Keçən dəfə bir iordaniyalı evə girmişdi.

Qorxuram cənablar, çox qorxuram. Siz də bu barədə fikirləşin, əminəm ki, çox qorxacaqsınız. Qorxulu filmlər lazım deyil, o günü fikirləşin.

7 Cavab to “Qorxulu yazı”

  1. Bu yaziyi yazmadan once 2 dakika dusunseydin ne kadar gereksiz oldugunu anlardin. Ayrica metnin basina koydugun fotograf da bir utanc belgesidir.

    Kendim ateist olmama ragmen bu yazinda igrendim acikcasi.

    Yaziklar olsun.

  2. Iyrendinse get hekime… Neye gore utanirsan, onu yaz. Yaza bilmirsense muselman adi ile girib ozuvu ateist teqdim eleme.

  3. Araz, salam.

    Etiraz etmirsinizse, Size bir neche sual vermek isteyirem (Azerbaijan fontu ile problemim var, ona gore sozleri ejaib formada yazdigim uchun uzr isteyirem).

    Suallar:

    1) ABS “demokratiya” adi ile bashga olkeleri bombalayanda, biz “demokratiya” ideologiyasini yox, ABS-ni tengid edirik, deyilmi? Eger razisinizsa, onda, zehmet olmasa, deye bilersinizmi niye Siz “islam olkeleri”adlanan jemiyyetde gurumlari/institutlari yox, mehz islam ideologiyasini tengid (belkede tehgir?) edirsiniz?

    2) Araz, zehmet olmasa, gostere bilersinizmi Guranin hansi ayetinde yazilib ki “giz ushagini gurban kesmek lazimdir”, ve yaxud “kishi arvadini doymelidir”?

    Ishdir bunlar Guranda yoxdursa, ona, Sizje bu hereketler islam ideologiyasini eks etdirir yoxsa islam adi ile bashga sheyi?

    3) Eger xristian ideologiyasi “din hakimiyyetden ayri” islahatini kechirmeseydi, onda, ozu-ozluyunde bu ideologiya Sizje islam-nan chox ferglidir?

    Dialoga gore chox teshekkur edirem.

    Hormetle,

    S.

  4. Susan, şərhiniz üçün təşəkkür edirəm.

    1) İlk növbədə diqqət yetirsən mənim İslam dili ilə bağlı bir problemim yoxdur. Yazımda da İslama təhqir və yaxud təhqir xarakterli ifadə istifadə etməmişəm. Mənə görə problem həmin o qızı qurban kəsən, minarə davası edən şovinistlərdir.

    2) Quranda qadına alçaq münasibət olsa da( Qadınlar sizin tarlanızdır – Əl-Bəqərə 223), qadınlarınızı döyün ifadəsiylə bir ayə yoxdur. Buxari və Müslimin hədis külliyatlarında peyğəmbərin dilindən “əgər uşaqlarınız 7 yaşına çatıb namaz qılmırsa döyün” , “Qadınızı sizinlə yaxınlıqdan çəkinirsə döyün” və bu kimi hədislər var. Vaxtım olan kimi hədislərin ünvanlarını tapıb yazacam.

    3)İudaizm, Xristianlıq, İslam – ümumiyyətlə kitabi dinlər mənə görə mahiyyətcə eynidir və eyni zamanda qorxuludur. Məncə, din insan həyatında olmamalıdır və olarsa da çox intim və fərdi olmalıdır. Əgər dinin kitabı varsa, deməli iddialıdır və kütləviləşəcək. Bu da çox təhlükəlidir. Çünki heç kəs cənnət vəd eləmir, lakin Din cənnət vəd edir.

  5. Araz,

    Javabiniz uchun chox teshekkur edirem.

    Indi movgeniz mene daha aydindir; ve bir chox megamlarda Sizinle raziyam.

    Yazmagda ve dushunmekde davam edin.

    Hormetle,

    s.

  6. Duzdur din meni de qorxudur amma herden o insanlara teselli verib onlari heyati davam etmeye komek edir.Hee avropaya geldikde ise diyesen cox adam ucun avropa yegane umid yeridi.Ancaq bele getse avropani da pis gune qoyacayig.Yaziq bizden sonra yawayan nesil,onlarin hec umid yeri de olmayacag.

  7. Araz Salam,
    her gun ishde dindar,şie is yoldashim “deyerler” den filan avropa olkesinde muslimlerin sayi filan qeder artdi,filan avropa olkesinde ne qeder minare acildi, ne bilim avropa muselmanlashir,hetta Norvecde Islami dini icmalarin artamsini fexrle, sevincek oxuyur.Gelecek deyirsen, ama dunya bele davam etse, gelecek bizim kimiler ucun gelmeyecek! Dehset…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: