Archive for the ‘Featured Articles’ Category

Articles

Günün şəkli: Natiq Güləhmədoğlu

In Featured Articles on İyun 16, 2010 tərəfindən Araz Önər Etiketlənmiş:

Soldan sağa: Natiq Güləhmədoğlu və ona hücum edən naməlum ünsür

Natiq Güləhmədoğlunu tanıyırıq. Natiq çox sakit və təmkinli insandı. Onun səsini eşitmək üçün gərək düz gözünün qabağında oturasan. Çox qeyri-adi gülüşü var.

İndi ona hücum edən naməlum ünsürə nəzər salaq. Üz cizgilərindən görünür ki, bu adam qəhbədi. Artıq sözə ehtiyac yoxdu.

Doğurdan da Əli Əkbərin dediyi kimi, bizim hər birimiz çox dəyərliyik, çünki dünən bir masada çay içdiyimiz insanı sabah görməyə bilərik. Gedirəm Natiqə doyunca baxmağa.

Articles

Danışın

In Featured Articles,Yazılar on Mart 7, 2010 tərəfindən Araz Önər

Çoxdandır yazmırdım. Həvəs ölmüşdü. Bildiyiniz kimi, Doktor Ravik`lə birgə həftədə 1 dəfə “Xaşdan Sonra” verilişini aparırıq. Bu həm sadədir, həm daha mobil, həm də yorucu deyil. Dinləyicilər üçün də maraqlıdı. Hər verilişə orta hesabla 15-20 nəfər qulaq asır. Hər podkastı da  orta hesabla 200 nəfər dinləyir. Bu bizim üçün çox yaxşıdır. İndi daha yazmırıq,artıq danışırıq. Danışmaq daha təsirlidir. Çünki indi hamı yazır, içi mən qarışıq, ancaq hamı danışa bilmir. Ona görə insanlar yazıdan daha çox danışığa meyl göstərir. İndi kim nə yazdı yox, kim nə danışdı mərhələsindəyik. Read More »

Articles

Biz nəyə hazırıq?

In Featured Articles,Yazılar on Fevral 6, 2010 tərəfindən Araz Önər

Əli Həsənovun fikrincə cəmiyyətimiz, xalqımız Diffamasiya haqqında qanunun qəbul edilməsinə hazır deyil. Ancaq Azərbaycan dövləti bu qanuna hazırdır. Adam bilavasitə dövlətlə xalqı qarşı-qarşıya qoyur. Deyir ki, biz dövlətik biz hər şeyə hazırıq, ancaq nə edək ki camaat “tupoy”du. Bir tərəfdən də başa düşür ki, əgər Diffamasiya haqqında qanunu qəbul eləsələr, hamı başlayacaq bunlara ağzına gələni deməyə. Təbii ki, artıq məzmuna görə həbs edə bilməyəcəklər. Ona görə də məcbur olacaqlar ssenaristlərin sayını çoxaltmağa. Mən inanıram ki, bunlar pul verib Hollivuddan ssenari də alacaqlar. Azərbaycan ictimaiyyətinin yarısı narkoman, yarısı da xuliqan olacaq. Yarısı icazəsiz Aya uçduğuna görə, yarısı da məsələn, təyyarə qaçırtdığına görə həbs olunacaq. Bütün buların xərci böyükdür. Ona görə indiki vəziyyət sərf eləyir. Bununla həm də hakimiyyət sivilliyi imitasiya edir. Hərdən bir də görürsən, jurnalisti döyüb öldürmək yox, sadəcə məhkəməyə verirlər. Bu heç olmasa daha sivil formatdı.

Biz yaxşı şeylərə heç vaxt hazır olmuruq. Ancaq elə bil ki, pis zadlara tərəf gedirik. Məsələn, ömürlük prezidentliyə hamımız hazır idik.”Bir mənalı şəkildə xalq HƏ dedi”. 30 Apreldə o qədər tələbə öldü, matəm elan etməyə hazır ola bilmədik, ancaq Gül bayramına hazır idik. Hər il qar yağır, şəhəri pis günə qoyur, heç ona da hazır deyilik. Bir tərəfdən müharibə bəyanatları veririk, ordu da ildə 50 nəfər əsgərimiz bir-birini öldürür – müharibəyə hazir deyilik. Günahsız insanlara iş verib tutdurmağa hazırıq, Diffamasiya haqqında qanuna hazır deyilik.

Bəs sizcə “AZ” domen sonluğunu, soyadımızın sonuna qoymağa hazırıqmı , Əli bəy? Siz özünüz Həsənaz olmağa hazırsınızmı?

Articles

Bakıya yağan qar

In Featured Articles,Günün Yazısı on Fevral 5, 2010 tərəfindən Araz Önər Etiketlənmiş: ,

Trend yazır: Azərbaycanda qarlı və buzlu hava şəraiti ilə əlaqədar paytaxt yol polisi gücləndirilmiş iş rejiminə keçib http://az.trend.az/news/politics/enforcement/1633325.html . Lap yaxşı, qoy həmişə hər şeyimiz gücləndirilmiş iş rejimində işləsin. Ancaq məncə, buna ehtiyac yoxdu. Çünki şəhərdə saysan 500 maşın var ya yoxdu.

Hər dəfə Bakıya qar yağanda, “Bakı qara hazır deyidli” , “Qar Bakını birdən yaxaladı” deyirlər. Bir dəfə Fövqəladə Hallar Nazirliyinin sözçüsünə sual verəndə ki, Bakıda qarlı havanın yaratdığı problemlərin qarşısı necə alınacaq, demişdi ki çalışacağıq havalar isti keçsin. Şəhərə iran sobası qoyacaqlar, qənaətlidi. Bu arada da camaat bir-bir öləcək. Qazın qiymətini 2 dəfə qaldırdın, bəs bu camaat nə ilə qızınsın? Keçən ay bizim evə 75 manat qaz pulu gəlib. Regionlarda qazı güclə gələn insanlar var. Məcburdular iran sobası ilə qızınsınlar. Bu da əməlli başlı riskdi. Son 1 həftədə 2 ailənin 4 üzvü dəm qazından boğularaq ölüb. İki ailə də evdə iran sobasından istifadə ediblər. Siqaret də çəkməsək, kontur da almasaq, qazın qiyməti yenə bahadı ( N.Məmmədov hesab edirdi ki, qazın qiymətinin artması vətəndaşların həyat səviyyəsinə ciddi təsir göstərməyəcək. Onun fikrincə, indi insanlar siqaret və telefon konturlarına qaz və işıqdan daha çox pul ödəyirlər. http://www.azadliq.org/content/article/1781979.html ) .

Bu gün Bakıya qar yağıb. Yollar iflic vəziyyətindədir, qar təmizləyən avadanlıqlar heç gözümə dəymədi. Mağazalarda çörək yoxdu, çünki çörək maşınları gəlməyib.

Bir ölkənin inkişafını +10 dərəcə temperaturda yağan qar darmadağın edirsə, bu o deməkdirki inkişaf çürükdür.

Bakı bu dəqiqə zombi şəhərciyinə bənzəyir. Qarlı küçələr və küçələrdə aramla gəzən qara paltarlı adamlar. Bu da bizim inkişafın əsl üzü. Kef eləyin.

Articles

Dalğa aksiya keçirdi

In Featured Articles on Yanvar 31, 2010 tərəfindən Araz Önər

Yanvarın 31-də «Dalğa» gənclər hərəkatının üzvləri Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı aksiya keçiriblər.

Gənclər Əziz Əliyev küçəsindəki (Kukla teatrının qarşısında) parkda sakinlərə üzərində şam olan pirojnalar paylayıblar. Polis aksiyaya müdaxilə edib. İştirakçı Vüsal Bacar saxlanılıb, amma elə hadisə yerində şifahi izahatdan sonra buraxılıb.

Həmin parkda indi yerləşən fəvvarənin yerində Məhəmməd Əmin Rəsulzadənin heykəli qoyulmalı idi. 2007-ci ildə heykəlin qoyulması ilə bağlı xatirə lövhəsi götürülüb, yerində fəvvarə tikilib. Bu addım ictimaiyyətin etirazına səbəb olub. Hər il Rəsulzadənin doğum günündə gənclər həmin yerdə aksiya keçirirlər. Həmin fəvvarə gənclər arasında “Rəsulzadə fontanı” kimi tanınır.

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

/ Azadlıq Radiosu

Articles

Democracy is Possible

In Featured Articles,Video on Yanvar 29, 2010 tərəfindən Araz Önər

This is video is for people who think that democracy is impossible. Realize your evolution, revolutionize your minds. You will see that democracy is POSSIBLE. Just think and start to act!
Video was prepared by OL!Media/OL! Youth Movement.

Articles

İslam və başqa şeylər

In Featured Articles,Yazılar on Yanvar 27, 2010 tərəfindən Araz Önər

İslamda homoseksuallıq günahdır. Ölümlə cəzalandırılır. Lakin bəzi şeylər var ki, günah sayılmır. Burada heç kəsi və heç nəyi təhqir etmək fikrim yoxdur. Heç kəs məndən inciməsin. Sadəcə olaraq reallığı ortaya qoyacam.

Yazmaq istədiyim mövzu “İslamda pedofiliya varmı?” adlanmalıydı. Lakin adını belə qoymağımın səbəbi odur ki, bəzi insanlar mövzunun adını oxuyub içini oxumamış girib mənə ağızlarına gələni deyəcəkdilər. Odur ki, keçək mövzuya.

Yuxarıdakı şəkilə diqqətlə baxın. Desəniz ki, təsadüfən belə alınıb, bir arqument verim. Mollanın əlinə diqqət yetirin, molla 3 barmağıyla oğlanın çənəsindən yapışıb. Dodaqları da, dodaqlarının üstündədi. Adətən dodağın dodağa dəyməsi prosesi öpüşmə adlanır. İkinci variantı varsa öyrənməyə hazıram. ATV maqazin demişkən, “bu hələ son deyil”. Qurandan bir neçə ayə yazıram:

  • Quran, 52/23: Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır. يَتَنَازَعُونَ فِيهَا كَأْسًا لَا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ
  • Quran, 52/24: Onların(cənnətdə olanların) ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi cavan oğlanlar dolanacaqlar.  وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَكْنُونٌ
  • Quran, 52/25:  Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar. وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ
  • Quran, 52/26: Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq. قَالُوا إِنَّا كُنَّا قَبْلُ فِي أَهْلِنَا مُشْفِقِينَ
  • Quran, 76/19: Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan. وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَنْثُورًا

Yuxarıda yazılanlar yalan deyil, təhrif də olunmayıb. Mənbələr qoymuşam, kim istəsə girib baxa bilər. Burada uzun uzadı yazmaq fikrim yoxdur. Sadəcə olaraq bir gerçək var. Ya yuxarıda gördüyünüz mollalar, nüfuzlarından istifadə edib pedofiliya ilə məşğul olurlar. Vaxtı ilə oxşar hərəkəti peyğəmbər (sav) 52 arvad alanda etmişdi – alınan arvadların sayı 4-dən yuxarı olmamalıdır (bax: Peyğəmbərin zövcələri ).
Ya da ki, doğurdan da İslam pedofiliyaya imkan verir.  Yoxsa kişi cənnətdə, cavan oğlanı nəyləyir?

http://www.faithfreedom.org/Gallery/16.htm

http://www.faithfreedom.org/Articles/sina/why_i_left_islam.htm

http://www.faithfreedom.org/Testimonials/Amarkhan80302.htm

http://kultura.az/articles.php?item_id=20090805100202976&sec_id=6

Articles

Bədbəxt insanlar

In Featured Articles,Yazılar on Yanvar 25, 2010 tərəfindən Araz Önər

Suala sualla cavab vermək guya müdriklərin  işiymiş. İndi təzəlikcə belə bir şey çıxıb. Kiməsə sual verirsən cavabında o da sual verir ki, bəs suala sualla cavab vermək olar yoxsa yox…? Artıq 1-ci sual verənin sualı öz aktuallığını itirir. Suala sualla cavab vermək üçün icazə alan şəxs isə artıq icazə alanda suala sualla cavab vermiş olur. Öz sualını verir, mövzu tamam dəyişir, hər şey alt üst olur.

***

Bu gün azərbaycanlıların həyatı yuxarıda göstərdiyim nümunə formasında alt üst olur. Bura imkansızlıqlar ölkəsidi. Doğulursan, yaşayırsan. Yaşadıqca arzulayırsan, planlayırsan. Sonradan isə bir nöqtəyə çatanda planların alt üst olur. Özün kiminsə planına, arzusuna çevrilirsən. Ətrafı daha çox tanıdıqca, planlar daha sürətlə dəyişir. Formaca yox, məzmunca. İnsan hər zaman arzulayır. Arzu gözəl şeydir, əgər ona çatırsansa. Əslində azərbaycanlı doğulub sonradan azərbaycanlı olur. Əslində o, mədəni, dünyagörüşü yüksək, təmkinli, ağıllı bir insan olacaqdı. Sonradan planlar dəyişdi. Planlar dəyişdi və o insan formasından çıxıb sadəcə olaraq “yaşayan” formasına keçdi.

Məsələn,əsasən 10-11-ci siniflərdə universitet imtahanlarına hazırlaşanlar bu hissə daha yaxındı. 2 il dayanmadan oxuyursan…Universitetə daxil olursan ki, elm öyrənəsən. Birdən planlar dəyişir. Görürsən ki, rüşvət vermək lazımdır. Rüşvəti ya işləyib verəcəksən, ya da ailəndən alıb verəcəksən. Artıq burada elm öyrənmək aktuallığını itirir. Azərbaycanda planı dəyişməyən tək – tük insan var. Mən onları yaxşı tanımıram. Ancaq bu ölkədə çoxluğun arzuları, planları darmadağındır. Bu çoxluq, kiçik və azğın bir azlığın planına çevirlib. Offisiantlar var, planları, arzuları prokuror, nazir, xalq artisti olmaq olub. Sonradan gəlib offisiant olublar. Nazirlər var, offisiant olmalıydı, nazir olub. Məmməd Araz demişkən:”Nə qəribə meşədəyəm, nə qəribə peşədəyəm”. Bu ölkədə özünü azad ifadə edə bilməyən insanlar var. Kənd uşaqları var. Bəlkə düzgün istiqamətləndirilsə, alim olacaq. Müəllimi yoxdur. Burada bir çox müəllimlərin özünə müəllim lazımdır. İnsanlar görürük. Metroda, avtobusda. Eyni paltarda, eyni sifətdə. Bir çoxu deyir, gülür, bir çoxununsa kədəri gülüşündən görünür.

Deyirlər ki, xalq azad olmaq istəsəydi çoxdan olardı. Məncə yalnış fikirdir. Hansınız milyarder olmaq istəməmisiz? İstəmisinizsə bəs niyə olmamısınız? Çünki real görsənməyib. Xalqın problemi də reallıqla bağlıdır. Onlara azad olmaq real gəlmir. Çünki, bunun üçün mühit, şərait yoxdur. O qoca bilsəydi ki, 70 yaşında məhkumluq yaşayacaq. Bəlkə də 30 yaşında azad olardı. Sadəcə ümidlə yaşadı. Dediki düzələr, düzəlmədi.

Plan dəyişir, ölür, lakin arzu həmişə arzu olaraq qalır. Reallıqsa yoxdur. Real olmaq üçün, azad olmaq lazımdır. Azad olmaq üçünsə, planlarımız ən azı arzularımız qədər iradəli olmalıdır.