Articles

Bədbəxt insanlar

In Featured Articles, Yazılar on Yanvar 25, 2010 by Araz Önər

Suala sualla cavab vermək guya müdriklərin  işiymiş. İndi təzəlikcə belə bir şey çıxıb. Kiməsə sual verirsən cavabında o da sual verir ki, bəs suala sualla cavab vermək olar yoxsa yox…? Artıq 1-ci sual verənin sualı öz aktuallığını itirir. Suala sualla cavab vermək üçün icazə alan şəxs isə artıq icazə alanda suala sualla cavab vermiş olur. Öz sualını verir, mövzu tamam dəyişir, hər şey alt üst olur.

***

Bu gün azərbaycanlıların həyatı yuxarıda göstərdiyim nümunə formasında alt üst olur. Bura imkansızlıqlar ölkəsidi. Doğulursan, yaşayırsan. Yaşadıqca arzulayırsan, planlayırsan. Sonradan isə bir nöqtəyə çatanda planların alt üst olur. Özün kiminsə planına, arzusuna çevrilirsən. Ətrafı daha çox tanıdıqca, planlar daha sürətlə dəyişir. Formaca yox, məzmunca. İnsan hər zaman arzulayır. Arzu gözəl şeydir, əgər ona çatırsansa. Əslində azərbaycanlı doğulub sonradan azərbaycanlı olur. Əslində o, mədəni, dünyagörüşü yüksək, təmkinli, ağıllı bir insan olacaqdı. Sonradan planlar dəyişdi. Planlar dəyişdi və o insan formasından çıxıb sadəcə olaraq “yaşayan” formasına keçdi.

Məsələn,əsasən 10-11-ci siniflərdə universitet imtahanlarına hazırlaşanlar bu hissə daha yaxındı. 2 il dayanmadan oxuyursan…Universitetə daxil olursan ki, elm öyrənəsən. Birdən planlar dəyişir. Görürsən ki, rüşvət vermək lazımdır. Rüşvəti ya işləyib verəcəksən, ya da ailəndən alıb verəcəksən. Artıq burada elm öyrənmək aktuallığını itirir. Azərbaycanda planı dəyişməyən tək – tük insan var. Mən onları yaxşı tanımıram. Ancaq bu ölkədə çoxluğun arzuları, planları darmadağındır. Bu çoxluq, kiçik və azğın bir azlığın planına çevirlib. Offisiantlar var, planları, arzuları prokuror, nazir, xalq artisti olmaq olub. Sonradan gəlib offisiant olublar. Nazirlər var, offisiant olmalıydı, nazir olub. Məmməd Araz demişkən:”Nə qəribə meşədəyəm, nə qəribə peşədəyəm”. Bu ölkədə özünü azad ifadə edə bilməyən insanlar var. Kənd uşaqları var. Bəlkə düzgün istiqamətləndirilsə, alim olacaq. Müəllimi yoxdur. Burada bir çox müəllimlərin özünə müəllim lazımdır. İnsanlar görürük. Metroda, avtobusda. Eyni paltarda, eyni sifətdə. Bir çoxu deyir, gülür, bir çoxununsa kədəri gülüşündən görünür.

Deyirlər ki, xalq azad olmaq istəsəydi çoxdan olardı. Məncə yalnış fikirdir. Hansınız milyarder olmaq istəməmisiz? İstəmisinizsə bəs niyə olmamısınız? Çünki real görsənməyib. Xalqın problemi də reallıqla bağlıdır. Onlara azad olmaq real gəlmir. Çünki, bunun üçün mühit, şərait yoxdur. O qoca bilsəydi ki, 70 yaşında məhkumluq yaşayacaq. Bəlkə də 30 yaşında azad olardı. Sadəcə ümidlə yaşadı. Dediki düzələr, düzəlmədi.

Plan dəyişir, ölür, lakin arzu həmişə arzu olaraq qalır. Reallıqsa yoxdur. Real olmaq üçün, azad olmaq lazımdır. Azad olmaq üçünsə, planlarımız ən azı arzularımız qədər iradəli olmalıdır.

2 Cavab to “Bədbəxt insanlar”

  1. xalq meselesi haqda yazdiginla bagli bir shey deyim (bilmirem bunu kim yazib Makiavelli yoxsa Aleksandr Pol) :”Insaanlar dogulduqlari shertler altinda yashamagi sevirler.” Sexy deyib, he?
    Onlar bele dogulublar. bele de dogurlar. ve bele de olecekler. dovre qapalidir
    yeri gelmishken, bu surunun umumi xarakteridir: ona gore de, run, rabbit, run…

  2. Muselmanlar iddia edir ki, o sozu Mehemmed Peygember deyib. Ancaq men bilen Makiavellidi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: