Statuses

Bloggerlərin növbəti məhkəməsi sentyabrın 16-sı baş tutacaq

In Arxiv, XNews on Sentyabr 7, 2009 by Araz Önər Etiketlənmiş:

Bu gün Səbail rayon məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə həbs edilmiş bloggerlər – “AN” Gənclər Şəbəkəsinin təsisçisi Emin Millinin və “OL” Gənclər Hərəkatının əlaqələndiricisi Adnan Hacızadənin məhkəmə prosesi keçirilib. Prosesdə zərərçəkmiş tərəfin nümayəndəsi Zaur İbadov vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini xahiş edib. Hakim isə vəsatəti təmin etməyib.

Gənc fəalların vəkili İsaxan Aşurov isə müdafiə etdiyi şəxslərin barəsində seçilmiş həbs-qəti imkan tədbirinin dəyişdirilməsini və ya onların girov müqabilində zaminə buraxılması ilə bağlı vəsatət qaldırıb.

Bundan sonra hakim vəsatətlə bağlı müşavirəyə gedib. Müşavirədən qayıdan məhkəmə vəsatətin təmin olunmadığını elan edib. Məhəkəmə baxışı sentyabrın 16-na təyin olunub.

Prosesdə millət vəkilləri, səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Xatırladaq ki, Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də Bakıda «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs edilib. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunur. Gənc fəallar ittihamları qəbul etmir və həbslərinin sifarişli olduğunu deyirlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: