Statuses

Müstəqillik günləri

In Arxiv, Yazılar on Oktyabr 18, 2009 by Araz Önər Etiketlənmiş: ,

Azadliq meydani hokumet evi10-900F(09,09,2009)

“Müstəqilliyimiz Əbədidir, Dönməzdir, Sarsılmazdır” – Heydər Əliyev

Hamı müstəqillik bayramını qeyd edir. Sabah yenə də konsert olacaq. Bəlkə cənab prezidentimiz əmr versə havaya fişənglər buraxılacaq. Bəlkə cənab prezidentimiz əmr versə Qarabağ da azad olunacaq. Hamı müharibə üçün, hamı sülh üçün. Əlsində heç biri məni maraqlandırmır. Nə müstəqillik günü, nə də Qarabağın azad olunması günü. Heç Qarabağ və Azadlıq uğrunda hərəkatın aqibəti də…

Biz bütün bayramları qeyd edə bilərik. Ramazan, Qurban, Novruz, Qurtuluş, Dirçəliş, Həmrəylik, Gül bayramı. Bunlar hamısı bizim xalqın potensialıdır. Bu bayramlar hamısı xalqındır. Biz Qarabağ problemini dolma müstəvisinə də gətirib çıxara bilərik (Dr.Raviki yada salaq). Bu da Erməni və Azərbaycan xalqlarının potensialıdır. Ancaq bizim Müstəqillik gününü qeyd etməyə haqqımız yoxdur. Bu bizim üçün hələ tezdir. Bizim adətimizdir, uşağa 3 yaşından qalstuk bağlamaq. Bu da həmən qalstuklardan biridir. İstəyirsən gündə 50 dəfə müstəqillik günü qeyd edək. Müstəqil olmadınsa xeyri yoxdur. Nə qədər ki ideyalarımızı şəxsiyyətlərin üzərində qururuq, biz müstəqil olmayacayıq. Nə qədər ki meydana səsimizi müdafiə etmək üçün yox kimisə hakimiyyətə gətirmək üçün çıxacayıq biz müstəqil olmayacayıq. Nə qədər ki prezidentimizə şeirlər, mahnılar yazılacaq biz müstəqil olmayacayıq. Çıxın küçələrə soruşun, bəziləri heç kimdən müstəqil olduğumuzu belə bilməyəcək.

Biz kütlə – zombi şəklində müstəqil olmuşuq. Meydanda bizə idman da elətdirirdilər. Lap üzümüzə söysəydi yenə də Nemətə əl çalasıydıq. Leyla Yünus o vaxtı evinə su gəlmədiyinə görə Su İdarəsinin işçilərini şəhər kənarına apartdırıb döydürmüşdü. Arif Yünus da buna əl çalırdı. Zərdüşt müəllimi döyüb (Əlizadə) MTN-nın podvalına salmışdılar. Qəzetdə kiminsə xoşuna gəlməyəni yazdığına görə. Parlament seçkisi görənin gözü kor oldu o vaxtı. Sonra da Elçibəyi hakimiyyətdə saxlamaq üçün 300 nəfər tapa bilmədik deyə şikayətləndilər.

İndi də vəziyyət fərqli deyil. Mahiyyət eynidi. O vaxtı Zərdüşt bəyi döymüşdülər, indi də Adnanla Emini. Vaxt keçir nə dəyişir ki?

Sözüm onda deyil…

Pozitiv lazımdır. Ancaq saxta pozitiv yox. Gerçəyindən.

Müstəqillik qədər saf, təmiz, şərəfli bir ideya ilə məzələnməyə, bu ideyanı aşağılamağa özümüzdə gücü haradan tapırıq? Meyxanadan yoxsa ATV maqazindən? Müstəqil olduq nə dəyişdi ki? Yenə də əvvəlki xalq olduq. “Yeyib içən oğlan yaman olmaz” xalqı, “Namiqlə Aygünün təzə mahnısı” xalqı, “Bluetooth” xalqı…

P.S.: Bu arada Azadlıq Meydanı “avtostayanka” olub.

Bir Cavab to “Müstəqillik günləri”

  1. Simply Bravo!!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: