Articles

Reper ya saray şairi? ©

In Blog, Music on Yanvar 12, 2011 by Araz Önər Etiketlənmiş:

Miri Yusifin Aygun Kazimovayla duet oxuduğu yeni mahnısını dinlədim.

Anladım ki, İlham Əliyevin demokratiyayla nə qədər əlaqəsi varsa Miri Yusifin də replə o qədər əlaqəsi var. Yəni onun dediyi rep deyil, popsadır. Elə rep olmur.

Eyni anda həm Tupak Shakura, həm Miri Yusifə  reper demək üçün insanın dili dönməlidir.

İlk öncə deyim ki, rep mainstream janr deyil, tamamilə undergrounddur. Mainstream şəklində rep 50 cent səviyyəsindən o tərəfə getməyib. Repin mainstream olmasıyla, meyxananın mainstream olması arasında fərq görmürəm.

Miri Yusif də elə 50 cent`in Azərbaycan variantıdır. Klipə baxarkən və dinləyərkən hiss olunur ki, Miri Yusif bu mahnını pul qazanmaq üçün yazıb, kiməsə nəyisə başa salmaq üçün yox.

Mövzuya gəlincə isə tamamən cəfəngiyyatdır. Azərbaycanın indiki vəziyyətində “reper”in mənim adım oil country deyib fəxr etməsi bir daha sübut edir ki, onun təfəkkürü reper yox, aşıq təfəkkürüdür. O, əslində aşıqdır, sadəcə saz çala bilmir.

Məndən bu qədər.

P.S.: İlhamla İrəli, Azad Azərbaycan kimi Vətən-millət-Gədəbəy tipli trek yazanlar isə reper cildinə girmiş gənc YAPokratlardır. Mahiyyət  etibarilə, İlham Əliyevi dəstəkləyən adam reper ola bilməz, reper də İlham Əliyevi dəstəkləyə bilməz. Bunlar tamam ayrı-ayrı şeylərdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: