Articles

Əliyevin uşaqlığı

In Blog, Yazılar on Dekabr 22, 2010 by Araz Önər Etiketlənmiş: ,

Mənim atamın bir dayısı var. Tayfamızın ağsaqqalı hesab olunur. Çox gözəl də bir eynəyi var.  Görsən deyərsən ki, sonuncu ixtirasını yarımca saat əvvəl edib. Əla kişidir.

Ancaq hər gözəlin bir eybi var deyirlər. Bizim ağsaqqalın da çox zorakı bir hobbisi var. Hərdən içəndə bir də görürsən dava salır.

Məclisin ən şirin yerində ayağa durur, stolu aşırdır qonaqların üstünə. Ağsaqqaldır deyə heç kəs bir söz deyə bilmir.

***

Rəvayətə görə hələ uşaqlıqdan İlham Əliyev atası Heydər Əliyevin keçirdiyi görüşlərin, ölkə (SSRİ) daxilində etdiyi səfərlərin bir çoxunda iştirak edibmiş.

Ağıllı uşaq olsa da onun da bir eybi olub. İlham Əliyev Heydər Əliyevin oğlu olmaq səlahiyyətindən sui-istifadə edərək can güdənləri daşlayırmış. Hər görüşdən sonra su yerinə qan, alın təri yerinə göz yaşı axırmış.

***

İndiyə baxsaq görərik ki, heç nə dəyişməyib. Bizim bilmədiyimiz çox şey var. Bəlkə də, o, hər səhər Prezident Administrasiyasının binasına daxil olanda, sırayla düzülən adamlara şillə vura-vura kabinetinə gedir.

Bir özünüz fikirləşin. Məntiqlə götürsək, meydanda dinc əhalini döydürən adamdan, jurnalistlərin ölümünə, həbsinə fitva verən adamdan, “İşıq pulunu verməyə imkanım yoxdur”  deyən qoca qarıya, “İmkanın yoxdur, vermə” deyən adamdan yuxarıda sadaladığım keyfiyyətləri gözləmək, heç də ilahi fantaziyaya sahib olmaq deyil.

***

Bəlkə mənim atamın dayısı da uşaqlıqda camaata daş atıb qaçırmış. İndi bu ölkənin prezidenti üçünsə dağıtmağa çoxlu meydan, insan həyatı və hər şeyi ilə zəngin bir ölkə var.

Belə adam bu ölkəni dağıtmayıb, nə etməlidir ki?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: