Articles

Yarımfabrikat yaltaqlıq

In Blog, Yazılar on Dekabr 21, 2010 by Araz Önər Etiketlənmiş:

Biz çox unikal ölkədə yaşayırıq. Niyəsini saymaqla bitməz.

Gəncədə İlham Əliyevin ad gününə 48 metr tort bişiriblər. Ümumiyyətlə, Gəncə şəhəri yarımfabrikat şəhərdir. Dəfələrlə Gəncədə böyük-böyük paxlavalar, şəkərburalar, tortlar bişirilib. Camaat da iştahla yeməyə gəlir.

Aydındır ki, bu tortu əslində camaat yesin deyə bişirməyiblər. Ona görə bişiriblər ki, İlham Əliyev otağında pis əhval-ruhiyyədə oturan zaman, katibəsi gəlib ona “sizin ad gününüzün şərəfinə Gəncədə 50 metrlik tort bişiriblər” desin. İnanın ki, bizim prezidentimiz bu cür bəsit şeylərə sevinən adamdı. Diktator olmağa iddiası olan bütün başçıların belə xasiyyətləri olur.

Ümumiyyətlə, diktatorların xoşuna gəlmək çox asandır.

Yaltaqlıq yegane şeydir ki, insanın əlini, qolunu, dilini kəssən o yenə bir yol tapıb yaltaqlanmağı bacaracaq. Təsadüfi deyil ki, bizim ölkəmizdə həyatda kəlbətinindən başqa heç nəyi olmayan adi işıq ustası belə yaltaqlanmağı seçir. Bu həvəskar yaltaqlıqdı.

Bir də var peşəkar yaltaqlıq. Yəni, yaltaqlıq edərkən, eyni anda bundan pul qazanırsan.

Vasif Talıbov o vaxtı Heydər Əliyevin ayaqlarını vannada isti suya salıb yuyanda ağlına belə gətirməzdi ki, nə vaxtsa Naxçıvanda ondan xəbərsiz milçək uçmayacaq. Amma o, həmin ayaqları o məqsədlə yuyurdu ki,  birdən Heydər Əliyev hakimiyyətə gəlsə onun da arzusu çin olacaq.

Lap elə adi işıq ustası kimi. O işıq ustası da ümid edirki, bəlkə o televizorda çıxış edən zaman, hansısa məmur onu görə və 10 min manatlıq çek yazıb evinə göndərə.

***

Əbülfəz Elçibəyin Azərbaycan üçün etdikləri danılmazdır. Ona görə könlümün bir güşəsində bu adama qarşı simpatiya var. Amma mən bir gənc olaraq, onu Heydər Əliyevi Bakıya dəvət etdiyinə görə heç vaxt bağışlamayacağam.

Kaş o zaman vətəndaş müharibəsi olardı, qardaş qanı tökülərdi, amma bircə Heydər Əliyev hakimiyyətə gəlməzdi. İndi də İlham Əliyev prezident olmazdı. Biz də içməli suyu olmayan şəhərin 49 metrlik tortuna baxıb monitora tüpürməzdik.

4 Cavab to “Yarımfabrikat yaltaqlıq”

  1. […] This post was mentioned on Twitter by Behnam Tagiyev. Behnam Tagiyev said: RT @ArazOner: Yarımfabrikat yaltaqlıq http://f.ast.ly/uQT4x […]

  2. […] As the birthday of the President of Azerbaijan, Ilham Aliyev, approaches, the Önər Blog [AZ] reminds readers of how residents in the country's second largest city of Ganja marked it last year. The blog sarcastically notes that while the city is indeed famous for its giant pastries, baking a 48-metre l…. […]

  3. […] As the birthday of the President of Azerbaijan, Ilham Aliyev, approaches, the Önər Blog [AZ] reminds readers of how residents in the country's second largest city of Ganja marked it last year. The blog sarcastically says that while the city &#…. […]

  4. […] As the birthday of the President of Azerbaijan, Ilham Aliyev, approaches, the Önər Blog [AZ] reminds readers of how residents in the country's second largest city of Ganja marked it last year. The blog sarcastically says that while the city is indeed famous for its giant pastries, baking a 48-metre lo…. […]

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: