Articles

Caz mərkəzində kabab qonaqlığı

In Blog, Yazılar on Dekabr 20, 2010 by Araz Önər Etiketlənmiş:

Photo: Unknown artist - Jazz

Bu yaxınlarda Bakıdakı Caz Mərkəzində İsfar Sarabskiy çıxış edirmiş. Sözün düzü bu gənc cazmeni heç vaxt dinləməmişəm.
Nə Caz mərkəzinə getməyə pulum olub,  nə də həvəsim.

Həm də, mən çoxları kimi hesab etmirəm ki, Azərbaycan cazmenlər ölkəsidir. Müasir Azərbaycan cazı Cavan Zeynallı səviyyəsindən yuxarı qalxan deyil.

Mövzudan yayınmayaq. Sarabskinin konsertində ,şıllaq atan kim, qışqıra-qışqıra danışan kim, əminəm ki, Caz mərkəzində kabab, dana basdırması satılsaydı bunlar sifariş verməkdən çəkinməzdilər.

Təbii ki, özünə hörmət edən ifaçı bu düşüklərin qarşısında konsert verməz. Bu barədə Sarabskini alqışlamağa dəyər. Çünki o konserti yarımçıq buraxıb, deyib ki, gedin adam olanda qayıdarsız, oxuyaram.

****

Azərbaycanda bir kəsim var ki, onlar cazı xoşlayırlar. Sözün düzü mən də xoşlayıram. Amma Caz mərkəzinə gedib anqırışacaq qədər yox. Mənim Caza olan sevgim hələ o ilahi mərhələyə çatmayıb. Amma Loui Amrstronqa, Ray Nansiyə, hərdən də Vaqif Mustafazadəyə qulaq asıram.

Amma bu kəsimin caza olan sevgisi bir başqa sevgidir. Onlar hər həftəsonu geyinib keçinib caz mərkəzinə gəlirlər. 10 dəqiqə reklam xatirinə ifaçını dinləyəndən sonra, bir-birinin qeybətini edib, yayda harada istirahət edəcəklərini, Məlahətin(ad şərtidir) qızının toyuna nə geyinəcəklərini müzakirə edirlər. Kişilərsə daha çox təzə maşının motorundan danışır.

Elə buna görə də mən heç vaxt Caz mərkəzinə getməmişəm. Çünki bilirdim ki, nə vaxtsa bir qeyrətli Azərbaycan oğlu çıxıb bunların üzünə tüpürəcək və zalı tərk edəcək. Mənim özümü belə insanlarla bir sırada görməyim özümə ən böyük xəyanət olardı.

Əvəzində isə Əli dayının podvalında, soyuq pivə içə-içə, rus şansonuna qulaq asmaq qat-qat şərəfli həftəsonudur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: