Articles

Misir Mərdanovun savadsızlığı

In Blog, Yazılar on Dekabr 15, 2010 by Araz Önər Etiketlənmiş: , , ,

“Bizim əsasə məqsədimiz ölkənin tərəqqisidir, biz milli dəyərlərimizi qorumalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, biz dövlət qaydalarına riayət edəcəyik”

Yuxarıdakı fikirlərin müəllifi Misir Mərdanovdur. O, bu fikirləri hicaba qoyulan qadağa barəsində deyib.

Ola bilər ayrı-ayrılıqda bu cümlələr xoş səslənir.

Ancaq bu cümlələri bir yerə yığmaq üçün insanın intellekt göstəriciləri sıfırın altında olmalıdı. Bir ölkədə təhsil naziri bu cümlələri ardıcıl istifadə edərək öz savadsızlığını açıq şəkildə bəyan edirsə, o ölkənin təhsilindən bir şey gözləməyin.

Çadra və tərəqqi

Çadranın qadağası ölkəni tərəqqiyə aparmayacaq. Əksinə dindaları radikallaşdıracaq, neçə-neçə gənc qız universiteti atıb diplomsuz və təhsilsiz qalacaq. Bunun adı tərəqqi deyil və Azərbaycan hakimiyyəti hələki bu qadağanı əsaslandıra bilmir. Özlərini də elə aparırlar ki, sanki çadra taxan gənc qızlar Azərbaycanda təhsilin inkişafının qarşısını alır.

Çadra və Milli dəyərlər

Ümumiyyətlə oturub bir qərar vermək lazımdır. Milli dəyərlər deyəndə nə başa düşülür? Mən elə düşünürdüm ki, çadra milli dəyərlərimizin bir parçasıdır. Amma görünür Misir Mərdanov bu mövzuda məndən optimist düşünür. Hesab edirəm ki, məktəbdə çadra taxan gənc qızdan çox, özü saqqız çeynəyə-çeynəyə dərs deyən, şagirdlər üçünsə  isə saqqızı müəllimlərə  hörmətsizlik kimi qələmə verən müəllimlər(təxminən 80%) daha təhlükəlidir.

Çadra və Dövlətçilik

Azərbaycan dövlətçiliyinin nədən ibarət olması milli dəyərlər mövzusu qədər qəliz məsələdi. Hətta deyərdim, milli dəyərlərin bəzi işartıları görünməkdədir. Amma Azərbaycan dövlətçiliyinin nə olduğunu mən hələ anlamış deyiləm. Heydər Əliyev dövlətçilik deyə-deyə öldü, indi  miras qoyduğu saxtakar nazirlər və prezidentdən ibarət komanda bizə eyni nağılı danışır.

Bu ölkənin ümumilli lideri Həcidir. Dini simvolları dövlətçiliyə zidd hesab edən adam, hoppana-hoppana burdan Məkkəyə “günahlarını yumağa” getməməlidir.

Hər il 4 gün Ramazan, 4 gün Qurban bayramı qeyd olunur. Qafqaz müsəlmanları idarəsi Bakıdadır. Şeyxülislam da azərbaycanlıdır. İndi istəsək də, istəməsək də, bizi İslama birləşdirən amillər, birləşdirməyən amillərdən daha çoxdur.

Əgər məqsəd Azərbaycanın teokratik  cəmiyyətə çevrilməməsidirsə, onda maarifləndirin bu camaatı. Kinolar çəkin, kitablar buraxın. Birdən birə “zart” diyə çadranı qadağan edib, mən dövlətçiliyi qoruyuram deməklə iş bitmir. Etiraz etməyə çıxan dindarları döyməklə də iş bitən deyil. 10 dəfə siz döyəcəksiniz, 11-ci də dindarlar döyəcək. Onda nə sizə yaxşı olacaq, nə də bizə.

Son söz

Azərbaycanda təhsilin bir çox problemləri var. Rüşvət, müəllim özbaşınalığı, tapşırıq, dərslik çatışmazlığı və s.  Bizim ölkəmizdə ən prestijli universitet sayılan Bakı Dövlət Universitetinin bir laboratoriyası belə yoxdur. Şəhər məktəblərində dərs deməyə müəllim tapılmır.

İndi necə olur ki, Misir Mərdanov bu qədər problemi görmür, amma hansısa qızın başına çadra taxması onu narahat edir? Necə olur ki, bir ölkənin  məktəblərində,universitetlərində ildə milyardlarla manat rüşvət alış-verişi gedir, diplomlar satılır və  Misir Mərdanov bir dəfə də olsun çıxıb demir ki, bizim belə problemimiz var?

Niyə görə Misir Mərdanov etiraf etmək istəmir  ki, Azərbaycanın dövlətçiliyi çadranın üzündən deyil,  rüşvətin, korrupsiyanın üzündən təhlükə altındadı? Bu ölkədə çadra hələki ən sonuncu problem belə olmağa iddialı deyil. Ölkənin təhsilində çadraya görə heç vaxt problem olmayıb. Ancaq rüşvətə görə olub, olur və olacaq.

Bu qadağa həm də dindarlar və sadə əhali arasında təbəqələşməyə gətirib çıxaracaq ki, hələ ki bizdə belə təbəqələşmə olmamışdı.

Görünən odur ki, Azərbaycanda rüşvəti, özbaşınalığı, monopoliyanı, saxtakarlığı heç kəs qadağan etməyib. Yoxsa ki,çadra qadağasının həmən icrasına başlayanlar, bu qadağaları da tam səmimi şəkildə icra edərdilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: