Articles

Məmməd Süleymanovun yazısı üzərinə

In Dəftər on Dekabr 13, 2010 by Araz Önər

Abzas.Net

Çox hörmət etdiyim və yazılarını hər zaman oxuduğum Məmməd  Süleymanov Müsavat partiyasındakı istefalar üzərinə bir yazı yazıb.

Yazını oxuyanların yəqinki mövzudan xəbəri var, oxumayanlardan isə xahiş edirəm bu yazını oxumamışdan əvvəl o yazını oxusunlar.

Öncə qeyd edim ki, Müsavat və AXCP –nin birləşməsinin Məmməd Süleymanovun fəaliyyətinə nə dərəcədə müsbət təsir edəcəyini bilmirəm.

Ümumiyyətlə, Məmməd bəy yaxşı yazır və biz oxuyuruq.

Ancaq yazdığı yazılardan Məmməd  bəyin davasının nə olduğunu anlamış deyiləm.

30 kərə  Dəniz Gəzmiş haqqında yazdığı  halda, 50 kərə yazılarında Kənan Əvrəni “yıxıb sürüdüyü” halda, bir dəfə də olsun bu ölkədə real işgəncə görmüş adamlar haqqında yazı yazmasını, birbaşa İlham Əliyev və dəstəsinin tənqid etməsinin şahidi olmamışam.

Əvəzinə isə, Məmməd bəy Kubadakı iqtisadi islahatlardan, Nikaraquanın ABŞ-a qarşı dirənişindən yazıb.

Elə isə Məmməd bəy bu rejimin təhqirlərinə və təyziqlərinə məhəl qoymadan mübarizə aparan İsa Qəmbəri bir günün içində “yıxıb sürümək” gücünü özündə haradan tapır?

Bizim deyəcəyimiz bir şey yoxdur.

Qələmi əlində, nədən istəsə yaza bilər.

Ancaq söhbət vicdandan düşəndə demək lazımdır ki, Məmməd bəyin İsa Qəmbərə söz deməyə, az qala “bu gün hər şeydə günahkar İsa Qəmbərdir” deməyə mənəvi haqqı çatmır.

Məmməd bəy elə Kubadan, Nikaraquadan yazsa məncə daha məqsədəuyğundur.

Biz onu elə sevmişik, həmişə də elə qalmasını istəyirik.

Azərbaycanın daxili problemləri isə İsa Qəmbərdən başlamır.

Bu problemlərdən yazmaq istəyən adam ilk öncə İlham Əliyev haqqında obyektiv yazı yazmalıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: