Articles

Böyük azərbaycanlının vəfatı üzərinə

In Blog, Yazılar on Dekabr 12, 2010 by Araz Önər Etiketlənmiş: ,

Bu gün Azərbaycanın 3-cü prezidenti, ümumilli lideri Heydər Əlirza oğlu Əliyevin vəfatından nə az, nə çox düz 7 il keçib.  Düz 7 ildir Azərbaycan xalqı Heydərsizlik sindromunu yaşamaqdadır.

Heydər Əliyev ümumilli lider olmaqla yanaşı, üzaqgörən siyasətçi, əvəzsiz natiq və gözəl ailə başçısı idi.

Onun Azərbaycan üçün etdiklərini saymaqla bitməz desək yanılmarıq.

Təkcə özündən sonra oğlunu – öz kursunun uğurlu davamçısı cənab İlham Heydər oğlu Əliyevi prezident etməsi onun Azərbaycanı nə qədər sevməsindən xəbər verirdi.

O, bizim üçün hər şey idi. Su içərkən, Bakını gəzərsən, hətta Qara şəhərə belə gedərkən dilimizdə hazır şüarla gedirdik. Onun şüarları ilə…Demək olar ki, Azərbaycanda bütün inkişaf edən sahələr onun adı ilə bağlıdır.

Bu gün azərbaycanlılar rahat şəkildə hərəkət edə bilirlərsə, avtobusda bir-birinin boynuna minirlərsə, üniversitetdə rüşvət alıb, verirlərsə, restorana girib ayı əti sifariş edirlərsə, yağış yağanda pəncərədən aşağı baxırlarsa bu təbii ki, Heydər Əlirza oğlu Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.

Çox yazmayacam. Zatən bu insan haqqında nə qədər yazsaq azdır. Ona görə özümə əziyyət vermək istəmirəm. Çox yazanda da, az olur, az yazanda da.

Sonda isə sizə gözəl bir mahnı ərmağan edirəm:

http://arazoner.net/wp-content/uploads/2010/12/Bilal-Eliyev-Heyderin-Ardica-Ilhamdir-Rehber-www.open_.az_.mp3

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: