Articles

AXCP və Müsavatın birləşmə perspektivi

In Blog, Siyasət on Dekabr 8, 2010 by Araz Önər Etiketlənmiş: , , ,

Azərbaycanda baş verən “siyasi” proseslər, daha doğrusu siyasət adına heç cür yaraşmayan proseslər müxalif fikirli insanları yıprandırmamış deyil. Az əvvəl Müsavat partiyasında baş verən istefalar ona gətirib çıxardı ki, AXCP və Müsavatın birləşmə məsələsinə ümid biraz azaldı. Ancaq mən bu ümid azalmasını anlaya bilmirəm.

Bizim ölkəmizdə hər kəs istefa mədəniyyətinin olmamasından gileylənir, ancaq kimsə istefa verirsə bunun arxasında ya hakimiyyətin, ya da kimlərinsə “müdhiş” planının olduğunu iddia edirlər. Müsavat partiyasında Sülhəddin Əkbərlə, İbrahim İbrahimlinin istefası da bunu bir daha sübut etdi. Ancaq adamlar istefa verdikdən sonra çox normal şəkildə bu istefanın səbəbini açıqladılar. Əgər partiya üzvü öz partiyasının siyasi kursu ilə razılaşmırsa və bu kursu dəyişmək üçün özünü yetərsiz sayırsa burada istefa verməkdən təbii heç nə yoxdu.

Bu istefalar AXCP və Müsavat partiyasının birləşmə perspektivini də sual altına qoydu. Mən belə fikirləşməsəm də, fikirləşən dostlarım var. Bu düşüncənin nə dərəcədə əsaslı olub olmadığını deyə bilmərəm. Ancaq bir şeyi bilirəm. Müsavat AXCP ilə birləşməyə razı olmasa, uduzan təkcə Azərbaycan müxalifəti yox, həm də Azərbaycan xalqı olacaq. Artıq avtoritarizmə qarşı vahid cəbhənin yaranmasına ehtiyac var. Bu cəbhənin də yaranmasına bu iki partiyanın resursları daha çox imkan verir.

Qoy AXCP və Müsavat “Müsavat” partiyası adı altında birləşsin. Beləcə Müsavatın növbəti başqanı kim olacaq sualına cavab tapmaq da lazım gəlməyəcək. Əli Kərimli ən güclü alternativ olacaq.

İndi söyləyin bu birləşmə kimin xeyrinə və ya ziyanınadır?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: