Articles

Dəlinin yadına düşən daş

In Blog, Yazılar on Dekabr 1, 2010 by Araz Önər Etiketlənmiş: , , ,

Xaliq Bahadırın Azadlıq qəzetində İsa Qəmbər haqqında bir yazısı var idi. Yazıda deyilirdi ki, güya 92-93-cü illərdə,”camaatın küçəyə çıxa bilmədiyi vaxtlarında” İsa Qəmbər zorla Müsavata adam yığırmış. Ağlı başında olan adam təbii ki, bu yazıya gülməliydi. Mən o yazını oxuyandan sonra düz 1 həftə Xaliq Bahadırı yadıma salıb gülməkdən qəşş edirdim. İnsan görəsən nə qədər içməlidi ki, sonra masa başına keçib bu yazını yazsın.

Sonradan milçək poxa daraşan kimi hamı Xaliq Bahadırı müdafie etməyə başladı. Hətta deyirdilər ki, AXCP-də Əli Kərimliyə “söz deyə bilən” təkcə Xaliq Bahadırdır(dır). Kimisi də Xaliq Bahadırı milli hərəkatın simvolu adlandırdı. Heç nə demədik. Gülüb keçdik.

İndi gözümüzün qabağında Sülhəddin Əkbərlə, İbrahim İbrahimli Müsavat partiyasından istefa verdilər. Vaxtilə Sülhəddin Əkbəri satqın adlandıranlar, bu gün elə həmin Sülhəddin Əkbəri Xaliq Bahadır kimi milli hərəkatın simvolu ediblər və başlayıblar yenə də İlham Əliyev sayağı 92-93 il nağılına. Guya İsa Qəmbər döyə-döyə Müsavata adam yığırmış. Bu adamların televiziyada “Elçibəyin vaxtında küçəyə çıxa bilmirdik” deyənlərdən qəti fərqləri yoxdur. Hamısı bir bezin qırağıdır.

Yaxşı Xaliq Bahadır olsun milli hərəkatın simvolu. Sülhəddin Əkbər olsun milli hərəkatın simvolu. Bəs İsa Qəmbər onda nədir? Bəs o xalq hərəkatında Elçibəyin yanında olan həmişə İsa Qəmbər olmayıb? Bir ay əvvəl debatlardaki çıxışına görə az qala allah elan etdiyiniz İsa bəy deyildimi ? O zaman heç 92-93-cu il hadisələri yadınıza düşmürdü.  İndi nə oldu bəs?  Rejim imkan vermir?

İsa bəy 20 ildir öz mövqeyindən 1 santimetr geri çəkilibsə deyin bilək? Bəs nə oldu yerindən duran hər it, pişik, meymun durub İsa bəyə siyasət öyrədir? Xaliq Bahadırı başa düşdük, o “mübarizəmizin simvolu”dur. Bəs sizə nə olub? Könüldən simvol olmaq keçir yoxsa?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: