Articles

Wikileaks bizə nə deyir?

In Blog, Yazılar on Noyabr 29, 2010 by Araz Önər Etiketlənmiş: ,

Wikileaks saytının dərc etdiyi gizli sənədlərdə İlham Əliyevin əsl mahiyyətini açıb qoyub ortalığa. Əslində bu çox yaxşı oldu. “Amerikada əslində demokratiya yoxdur” deyənlər bundan sonra yəqin özlərindən utanıb biraz sakit oturacaqlar. Bir adam durur bir dövlətin gizli sənədlərini internet üzərindən yayımlayır və o adam hələ də azadlıqdadırsa, bunun adı şəffaflığın və internet mediasının qələbəsidir. Artıq Eynullanı həbsdə saxlamağın mənası qalmayıb. Jurnalistlər də yazmağı, araşdırmağı dayandırsın. Artıq biz (hələ ki) hər şeyi bilirik.

İlham Əliyev deyirmiş ki, İranda seçkilər saxtalaşdırılıb.  Həm də deyir ki, İran Azərbaycanda müxtəlif dini mərasimləri maliyyələşdirir. Ay qardaş, əgər sən ölkəndə heç nəyi maliyyələşdirməyib pulları Dubaydakı villalara ya da Mehriban Əliyevanın plastik əməliyyatlarına xərcləsən(Wikileaksın sənədlərində əks olunub), başqası gəlib maliyyələşdirəcək. Burda təəccüblü heç nə yoxdu.

Əliyev həm də deyir ki, Medvedyevi Moskva administrasiyasında adam yerinə saymırlar. Yəni onun verdiyi qərarlar bir neçə mərhələdən keçib icra olunur. Həmçinin qeyd edir ki, Medvedyev “yeni nəsil intellektual”dır, Putinlə də yola getmirlər: “İki qoçun başı bir qazanda qaynamaz”.

Hər şeyi boş verək, amma Mirşahinin əlinə “sabunlanmaq” üçün yaxşı material düşüb. Amma heyif ki bu barədə film çəkəsi olsa arqumentasiyası zəif olacaq, çünki günahlandırmağa nə ermənisi var, nə də İsa Qəmbərlə Əli Kərimlisi.

5 Cavab to “Wikileaks bizə nə deyir?”

  1. […] This post was mentioned on Twitter by Onnik Krikorian, Onnik Krikorian, Onnik Krikorian, Onnik Krikorian, Araz Önər and others. Araz Önər said: http://bit.ly/iicPBX Wikileaks bizə nə deyir? #cablegate #Azerbaijan […]

  2. […] as it relates to Russia and Iranian ‘covert activities' in Azerbaijan. The post was written in Azerbaijani and later translated into English. İlham Əliyev deyirmiş ki, İranda seçkilər […]

  3. […] as it relates to Russia and Iranian ‘covert activities' in Azerbaijan. The post was written in Azerbaijani and later translated into English. İlham Əliyev deyirmiş ki, İranda seçkilər […]

  4. […] relating to Russia and Iranian ‘covert activities’ in Azerbaijan. The post was written in Azerbaijani and later translated into English. İlham Əliyev deyirmiş ki, İranda seçkilər […]

  5. […] especially relating to Russia and Iranian ‘covert activities' in Azerbaijan. The post was written in Azerbaijani and later translated into English. İlham Əliyev deyirmiş ki, İranda seçkilər […]

Caucasus: Revelations & Confusion over Cablegate :: Elites TV üçün bir cavab yazın Cavabı ləğv et