Articles

Vətəndaş mövqeyi və siyasət

In Dəftər on Noyabr 29, 2010 by Araz Önər

Biz insan olaraq öz təbii haqqlarımızdan – fikir və ifadə azadlığımızdan imtina etməməliyik. Azərbaycan qeyri-demokratik ölkədir. Bu bəlkə də bizdən  asılı olmayan səbəblərdən belədir, lakin əmin ola bilərsiniz ki əgər Azərbaycanda bəyənmədiyiniz bir şey varsa onu dəyişmək yalnız bizim öz əlimizdədir. Hər dəfə televiziyaya baxanda, radio dinləyəndə, qəzet oxuyanda orada sizin mövqenizi təmsil edən qəhrəmanlar axtarmağa son qoyun. Özünüz qəhrəman olmağa çalışın.

Çoxumuz siyasətdən uzaq gəzirik və ya ümumiyyətlə siyasət haqqında heç nə eşitmək istəmirik. Bizə elə gəlir ki, siyasət bizim işimiz deyil. Bizə elə gəlirki bizim siyasətçilərə təsir etmək imkanlarımız yoxdur. Bəlkə də bu elədi. Hamının siyasətlə məşğul olmaq məcburiyyəti yoxdur. Bizə elə gəlir ki, bu gün ölkəmizdə baş verən insan haqqları  pozğunluğunu, seçkilərin qeyri-demokratik şəraitdə keçirilməsini, rüşvət və korrupsiya bataqlığını müzakirə etməmək, ümumiyyətlə bu işlərə qarışmamaq kifayətdir ki, biz siyasətdən və siyasətçi olmaqdan uzaq duraq. Lakin biz anlamırıq ki, bu məsələləri müzakirə etməmək, onların həllini axtarmamaq bizi siyasətdən uzaq tutmaqdan çox, əsl vətəndaş olmaqdan uzaq tutur.

İllərdir Azərbaycanda insan haqqları, demokratiya, iqtisadi azadlıqlarla bağlı problemlər mövcuddur. Nüfuzlu beynəlxalq təşkilatları Azərbaycan haqqında heç də xoş olmayan hesabatlar dərc edir. Ölkədə işsizlik, narkomaniya ,korrupsiya, savadsızlıq baş alıb gedir. Günahsız insanlar həbsə atılır. Bütün bunları müzakirə etmək ,həll yollarını axtarmaq məhz biz vətəndaşların işidir. Bu problemləri həll etmək bizi siyasətçi etmir, vətəndaş edir.

Əgər biz vaxtında yuxarıda sadaladığımız problemlərə münasibətimizi göstərməsək, bu məsələlərdə öz vətəndaşlıq mövqeyimizi sərgiləməsək, ölkəmiz sıradan bir Afrika ölkəsindən heç nə ilə fərqlənməyəcək. Bu məsələdə bizə, bizdən başqa heç kəs kömək etməyəcək. Azərbaycanı bu vəziyyətdən çıxarmaq onu həqiqətən sevən insanların əlindədir.

Vətəndaş olmağa tələsin. Sonra gec ola bilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: