Articles

Heydər Əliyev kimi yaşamaq

In Blog, Siyasət on Noyabr 25, 2010 by Araz Önər Etiketlənmiş:

Azərbaycanın 3-cü prezidenti, oğlu İlham Əliyevin təşəbbüsü və əmri ilə ümumilli lider statusunu alan Heydər Əliyev haqqında son günlər Türkiyə mətbuatında maraqlı faktlar gedir. Elə faktlardır ki, biz onsuz da bunları bilirdik. El içində bu söz-söhbətlər çoxdan gəzirdi. Sadəcə bunu təsdiq edəcək bir əsaslı mənbə ortalıqda yox idi.

Vaxtilə Azərbaycandakı Türkiyə səfirliyində çalışan Turgut Ərin yazdığı “Azadlıqdan Tiranlığa” kitabı bu mənbənin əsasını qoydu. Bu elə kitabdır ki, hər bir azərbaycanlı bu kitabı oxumalı və öz “lider”ini tanımalıdır. Bu kitabda Heydər Əliyevin Azərbaycan üçün etdikləri yox etmədikləri yazılıb. Yəni hər gün baxdığınız xəbərlərdə adı şərəflə qeyd olunan, bayramlarda şəkli televizorun yuxarı küncündə olan və Azərbaycanın Atatürkü adlandırılan insandan bu kitabda əsər əlamət yoxdur.

Bu kitabı oxuyun və oxutdurun, çünki xalq öz “liderlər”ini tanımalıdır. Aşağıda kitabdan seçilmiş 5 maraqlı faktı təqdim edirəm.

  • Azərbaycan türklərinin ümumilli düşməni sayılan, interpol tərəfindən axtarışa verilən Zori Balayanın Heydər Əliyevlə ana tərəfdən qohum olduğunu bilirsinizmi?
  • 20 yanvar qırğınının Heydər Əliyev və adamları tərəfindən hazırlandığını bilirsinizmi?
  • Heydər Əliyevin prostat xərçəngindən əziyyət çəkən Əbülfəz Elçibəyin ölkədən çıxışına qadağa qoydurub xaricdə müalicə imkanlarını məhdudlaşdıraraq ölümündə bilavasitə rol oynadığını bilirsinizmi?
  • Kürt terror təşkilatı olan PKK-nın qurucuları arasında Heydər Əliyevin də adının olmasını bilirsinizmi?
  • Rusiya ilə Türkiyənin təşəbbüsü nəticəsində Heydər Əliyevin Moskvadan Naxçivana gətirildiyini və onun hakimiyyətə gəlməsinin əvvəlcədən 20 yanvar, Gəncə üsyanı və s. hadisələr vasitəsilə planlaşdırıldığını bilirsinizmi?

Bunları bilmək həm lazımlıdır, həm də maraqlı. İndi isə sizə, səhv etmirəmsə o zamanki “Çeşmə” qəzetində dərc olunan bir lətifəni yazmaq istəyirəm.

Heydər Əliyev Həcc ziyarətinə yola düşür. Ziyarət zamanı “Şeytanı daşlamaq”  ritualının vaxtı gəlib çatır. Heydər Əliyev əlinə daş alıb “şeytan”a atmaq istəyəndə, “şeytan” birdən dillənir:

– Heydər, sən də mənə daş atırsan?

Ardı ola bilər.

3 Cavab to “Heydər Əliyev kimi yaşamaq”

  1. […] This post was mentioned on Twitter by Leyla Najafli, Araz Önər. Araz Önər said: Heydər Əliyev kimi yaşamaq http://t.co/JRuzJ3b […]

  2. […] Önər Blog [AZ] summarizes and comments on some of the allegations made against Azerbaijan's former president an… in a new book of memoirs by a Turkish Embassy Press Attaché in the oil-rich country. The blog also […]

  3. […] Önər Blog [AZ] summarizes and comments on some of the allegations made against Azerbaijan's former president an… in a new book of memoirs by a Turkish Embassy Press Attaché in the oil-rich country. The blog also […]

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: