Articles

Düşünün, düşündürün və zövq alın

In Dəftər on Noyabr 25, 2010 by Araz Önər Etiketlənmiş:

Düşünməyən insanların arasında düşünməyin necə çətin olduğunu bilirsinizmi? Bu qədər düşüncəsizliyin içərisində düşünmək, düşüncə istehsal etmək və düşündürmək…Elə də çətin gəlməsin.Bloq yazmaq vaxtıdır. Çünki…  

Bloq yazmaq düşünməyin və düşündürməyin ən asan yoludur.  Artıq fikirlərinizi paylaşmağa sizə bazar meydanları, mərkəzi küçələr gərək deyil. İndi bir bloq açıb içinizdən gələni yaza, deyə, çəkib yerləşdirə bilərsiniz. Fikirləşməyin ki sizi kim oxuyacaq…Bu sual çox ritorik səslənir, ancaq çox sadə cavabı var.

Mən bloq açanda gündəlik 5 nəfər oxucum var idi. O 5 nəfərdən biri mən idim. O zamanlar digər kompyuterlərdən də öz bloquma daxil olurdum. Üstəgəl 2 nəfəri də özümə aid edə bilərəm. Yerdə qaldı 2 nəfər. İlk baxışdan adama çox az gəlir. Amma əslində normaldır, hətta uğur hesab etmək olar.

Mən oxucularımın sayına baxmayaraq yazmağa davam edirdim. Elə günlər olurdu ki, bloqumu özümdən başqa heç kəs oxumurdu. Yalnız mən bloq yazmağa, xatirə dəftəri doldurmaq kimi yox, fikir və ideya paylaşma mexanizmi kimi baxırdım.

Mən düşünməyə, düşündüklərimi yazmağa davam edirdim. Oxucular barəsində heç narahat deyildim. Çünki, oxucu zatən olacağdı. Mümkün olan şey deyil ki, sən bloqundə hər gün nəsə yazasan və səni heç kəs oxumasın. Əslində bloq yazmaq elə şeydir ki, burada oxucuları gərək sən özün tapasan və öz məhsulunu onlara təqdim edəsən. Bəyənsələr, mütləq geri gələcəklər.

Mən öz bloqumu müxtəlif sosial şəbəkələr vasitəsilə reklam edirdim. Oxucularımın bir çox hissəsini bu yolla qazanmışam. Digər hissəsi isə müxtəlif axtarış saytlarından, link mübadiləsi vasitəsilə məni tapıb oxumağa başladılar. Hal hazırda gündəlik ortalama 500 IP qonağım olur. Bu bəzi günlər yuxarı, bəzi günlər isə aşağı ola bilər. Mən isə yenə yazmağa davam edirəm. Oxucu sayı isə məni əvvəlkindən az narahat edir.

Bloq yazmaq düşünmək və düşündürməkdir. Bloq düşüncəyə verilən dəyərdir. Gecə yarısı, isti otaqda, kofe içə-içə tanımadığın bir insanın düşüncələrini oxumaqdan zövqlü heç nə ola bilməz. Odur ki, düşünün, düşündürün və zövq alın.

Hörmətlə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: