Articles

Mən niyə İslamı tənqid edirəm?

In Blog, Yazılar on Noyabr 22, 2010 by Araz Önər

Son günlər İslama edilən tənqidi yazılarıma görə camaat mənə irad tutur.

İlk öncə onu deyim ki, mən ateist deyiləm. Əslində dini baxışlarımı müəyyənləşdirməmişəm. Ancaq 100 faiz əmin ola bilərsiniz ki, nə müsəlman, nə xristian, nə də yəhudiyəm. Bir sözlə kitab əhli deyiləm.Ateist kimi hakimiyyətə  gəlmək fikrim yoxdur. Yəni bir gün “mən ateistəm buna görə də hakimiyyətə gəlirəm” kimi bir iddiam olmayacaq. Zaten bu çox gülməli olardı. Ona görə də ateistlər hakimiyyətə gəlsə müsəlmanların hüquqlarını tapdalayacaq kimi fikirləri qəbul etmirəm.

İlk öncə deyim ki, ateizm nə siyasi ideologiyadır, nə də ki dövlət quruluşu. Ancaq müxtəlif siyasi ideologiyaların ateizmi din siyasəti kimi tətbiq etmək təcrübəsini görürük.İslamın isə dövlət quruluşu olmağa iddiası var. İslamı tənqid etməyimin səbəbi daha çox bununla bağlıdır. Yəni, mən İslamı din kimi deyil, dövlət quruluşu kimi tənqid edirəm.Din tərəfi – kim nə qədər namaz qılır, oruc tutur və s. məni maraqlandırmır. Həmçinin ateizmi din siyasəti kimi tətbiq edənlərə də haqq qazandırmıram.

İslam və İudaizm bu gün Xristanlıq kimi neytrallaşdırılsa mənim onlarla problemim olmaz. Ancaq nə qədər ki, insanlar İslam və İudaizmin himayəsi altında dünyada olmazın cinayətlərini edəcəklər, bu digər cəbhədə olan insanların diqqətindən yayınmayacaq. Həmçinin mənim. Bu cinayətlərdə İslamın və İudaizmin heç bir günahı yoxdur demək gülməli çıxır. Bu həmçinin İranda zina etdiyinə görə qadınların daşqalaq edilməsində dinin günahı olmadığını iddia etməkdir. Halbuki Quran bunları buyurur(Bax: Quran,4:15 ;24:2).

Bu gün İranda, Pakistanda baş verənlərin şahidiyik. Bu onu sübut edir ki, İslamın siyasi ideologiya kimi tətbiqi bəşəriyyət üçün ziyanlıdır. Çıxış yolu isə İslamı Xristianlıq kimi neytrallaşdırmaqdır.

Gələk ikinci məsələyə. Din sadəcə inancdır. İnsanla Tanrı arasında olan körpüdür. Yalnız bu körpü mənə necə yaşamağımı, yeməyi hansı əllə yeməyimi diqtə edə bilməz. Mən səhər oyanaram, oyandığım üçün də tanrıya dua edərəm. Ancaq kimsə gəlib Tanrının elçisi adı altında mənə yeməyi sağ əllə yeyək, sekslə məşğul olmayaq deyə bilməz. Mən hərəkət edərkən öz şüuruma, qanunlara, bəşəri dəyərlərə güvənib edirəm. Buna görə mənə göydən kitab göndərmək lazım deyil. İndi təsəvvür edin 1 milyard insan bir kitabda yazılanı eynilə tətbiq etsə nə baş verər?

Biz İslamı tənqid etməsək, onun yalnışlarını göstərməsək, onu toxunulmaz elan etsək bu ədalətsizlik olardı. Çünki bu gün tənqid etdiyimiz qeyri-demokratik rejimlərin əksəriyyətində islamçılar hakimiyyətdədir. Biz o nümunələri tənqid edib, gözdən salmalıyıq ki, sabah Azərbaycanda eynisi baş verməsin. Bunun baş verməsi üçünsə kifayət qədər xammal var. Sadəcə o xammalı məhsul kimi istehsal edəcək mexanizm yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: