Articles

Mühacirlərə dair

In Blog, Siyasət, Yazılar on Noyabr 18, 2010 by Araz Önər

Son zamanlar ayrı-ayrı insanların dilindən mühacirlərin ünvanına tənqidlər yönəlməkdədir.  Təbii ki tənqid çox əntiqə şeydir və daim olmalıdır. Əgər tənqid əsaslı və ədalətli deyilsə bu da bir qəbahət deyil, çox gümanki ədalətli tənqidə cavab verən tapılırsa, ədalətsizinə də tapılar. Ancaq mən mühacirlərə ünvanlanmış tənqidləri ədalətli və yaxud qeyri-ədalətli kimi kateqoriyalaşdırmayacam.

Reallıq budur ki, bu gün Azərbaycandan gedənlərin sayı sürətlə çoxalmaqdadır. Bəziləri, siyasi, bəziləri iqtisadi tərəfdən əziyyət çəkir.Hal-hazırda çox adam Avropaya üz tutur. Bunu çox təbii qəbul etmək lazımdır.

Bu gün Avropada çox mühacir var ki, Azərbaycandakı siyasi rejimlə müxalifətlə birgə mübarizə aparır və bəzilərindən yaxşı bacarırlar. Götürək elə bu il parlament seçkilərini. Azərbaycandan kənarda həyatlarını yaşamaq məcburiyyətində qalan “dönərsatan”ların təşəbbüsü və iştirakı ilə Fərq TV yaradılmadımı? Daha doğrusu həmin o kanalı yaradan, 10 ildir Almaniyada mühacir həyatı yaşayan Həbib Müntəzir deyildimi? İsa Yusiflinin Azərbaycan höküməti əleyhinə apardığı təbliğatın nəticəsi deyilmi bu gün Niderland krallığının Azərbaycandakı rejimin əleyhinə verdiyi bəyanatlar? Bəs Niderlanddakı Azərbaycan səfirliyinin qarşısında keçirilən “eşşək” aksiyası bəs?

Təbii ki, deyə bilərsiniz ki bu insanlar seçilmişlərdir.  Qalan mühacirlərsə siyasi mühacir adı ilə ölkədən qaçıb yeri gələndə “mən siyasətə qarışmıram mövqeyi göstərirlər. Mən də bununla iki əlli razıyam. Ancaq unutmaq lazım deyil ki, yazdığınız tənqidləri aktiv mühacirlərdən başqa heç kəs oxumur. Digərləri yenə də öz işlərində güclərindədir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: