Articles

Adnanın azadlığına qeyd

In Blog, Yazılar on Noyabr 18, 2010 by Araz Önər

Adnan azadlığa çıxdı. İlk sözü o oldu ki, Emini buraxsınlar. Adnanın azadlığı məni çox sevindirdi. Düzünü desəm mən Adnana bir ordu kimi baxıram. Çünki Adnan özünü müxtəlif ictimai sahələrdə sübut etmiş adamdır və fəaliyyəti təkcə video-bloqqerliklə kifayətlənmir.

Məsələ ondadır ki, Adnan həbsdən çıxıb, bəzilərinin yadına Emin düşüb. Adnan həbsdən çıxıb, bəziləri təbrik etmək əvəzinə “Gərək Eminsiz çıxmayaydı”,”Adnan çıxıb, Emin hamının yadından çıxıb” və s. kimi absurd fikirlər səsləndirirlər. Təbii ki, bu insanların psixoloji problemləri var və bu problem hakimiyyətdə olan psixoloji problemə çox yaxındır. Rəhmətlik baş psixoloq Ağabəy Sultanov elə bu problemlərin içində rəhmətə getdi.

Bu insanlar 2 şeyi subut etmək istəyirlər. Birinci o insanlardan yazım ki, onlar deyir “Gərək Eminsiz çıxmayaydı”. Bu insanlar “eşşək” kateqoriyasına aid edilməlidir. Hətta bunun üçün xususi olaraq eşşək paltarı geyinmək lazım deyil. İnsan bu sualı verən kimi, şübhəsiz təxmin etmək olar ki bu insan eşşəkdir. Eşşək gəlib, eşşək də gedəcək. Bu insanla həmfikir olan kəs isə ondan da eşşəkdir.

İkinci o insalardır ki, deyirlər  “Emin yaddan çıxıb”. Xeyir, əzizlərim. Emin heç kəsin yadından çıxmayıb. Əgər biz Adnanın həbsdən azad olmasına seviniriksə, o demək deyil ki Emini unutmuşuq. Adnanı Emindən əvvəl azad ediblərsə, bu nə Adnanın, nə bizim, nə də Eminin günahıdır. Şübhəsizdir ki, biz də istəyərdik Adnanla birlikdə Emin də azad olsun və biz hər ikisinə sevinək. İndi daha burada özünüzdən Amerika  açmağın mənası yoxdur. Guya siz Eminin halına Adnandan çoxmu yanırsınız?

Mən sizə deyirəm həmin insanlar ki, Emin və Adnanı qeyri-səmimi şəkildə dəstəkləyirdilər, onlar çox az müddətə üzə çıxacaqlar. O kəslər ki, Eminin “dərdini çəkir”. Onlar Emin azadlığa çıxandan 1 həftə sonra qəzetlərdə onu yerdən yerə vuracaqlar. Yaxşı ki hələ, “bloqqerlər Livan restoranında hansı pula yeyib içirdilər?” söhbətləri bağlanıb. Vaxt var idi bəzi üzdəniraq taxtabaşlar bunu müzakirə edirdilər, bu barədə köşə yazıları yazılırdı.

Uzun sözün qısası, taxtabaş olmayın, taxtadan baş olmaz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: