Articles

Azərbaycan əsgəri

In Blog, Yazılar on Noyabr 14, 2010 by Araz Önər

İlham Əliyev 3 gündən bir cəbhə bölgəsinə gedir. Maraqlansın görsün ki, büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər olan ordumuzun əsgərləri vətənin keşiyində necə dururlar. O biri tərəfdən dövlət büdcəsi ordumuzun büdcəsinə bərabər olan Ermənistan tərəfi iki əsgərin cəsədini bizə qaytardı. Onların dəfn mərasimi “təsadüfdən” parlament seçkiləri ilə eyni günə düşdü.

Dəfn mərasiminin videolarına baxdım. Azərbaycanda dini fundamentalizm yoxdur deyənlər də həmən videolara mütləq baxmalıdır. Dəfələrlə müxalifətçilərin döyülməsini əmr edən və bunda iştirak edən nazirlər, bu dəfə bir qrup dindarın Allahu Əkbər şüarından sonra qorxub qaçdılar. Zatən söhbət bundan getmir. Yəni yazım dini mövzuda deyil.

Mən saydığım qədər 2010-cu ildə Azərbaycanda 50-dən çox əsgər cəbhə xəttində heç bir atışma, qarşıdurma olmadan ölüb və ya öldürülüb. Bu əsgərlərin ölüm səbəbini yalandan qurama səbəblər gətirib əsaslandırıblar. Bir köpək oğlu səsini çıxartmayıb. Ölənlərin çoxu da 18-20 yaşlı cavan uşaqlardı. Bu uşaqlar evdən vətəni qorumağ adı ilə çıxıb, adətən xidmətlərinin bitiminə 5-10 gün qalmış ölü qayıdırlar. KİV bu xəbərləri çox zaman bir cümlə ilə verir. Onlar üçün İlham Əliyevin hər hansı bir dılğır mərkəzin açılışında iştirakını işiqlandırmaq daha maraqlıdır. Sanki orada ölən Azərbaycan əsgəri deyil.

Azərbaycan xalqının fikrincə qəhrəman o şəxsdir ki, erməni öldürə, içəri girə. Əgər erməni öldürüb özün də sonda ölürsənsə, onda ikiqat qəhrəmansan. Həm dövlət tərəfindən milli qəhrəman, həm də uca Azərbaycan xalqının qəlbində yaşayan dönməz Azərbaycan əsgəri obrazın olur. Lakin hərbi xidmətdə ölən və öldürülən o gənc əsgərlər heç kimi maraqlandırmır. Onların ölümünə görə heç kəs cavabdehlik daşımır. Dövlət heç onların qapısını döyüb quru bir baş sağlığı da vermir. Bu xəbərlər çox zaman gizlədilir ki, Ermənistana gedib çatmasın. İmicimiz kimin yanında aşağı olsa da, Ermənistanın yanında daim uca olmalıdır. Bunu bizə ulu öndər vəsiyət edib. Ancaq mən bu yazını həm ulu öndərin ruhuna inad, həm də bir insanlıq borcu kimi erməni dilinə tərcumə elətdirib erməni saytlarına göndərəcəm.

Qoy onlar görsünlər ki, bizim ordumuzda da əsgəri zorlayır, ondan pul tələb edir, sıraya düzüb şillələyirlər. Qoy bilsinlər ki, Gürcüstan Azərbaycanla Ermənistana xəyanət edib demokratiya yolunu tutsada, Azərbaycan daim Ermənistanın, Ermənistansa daim Azərbaycanın yanındadır. Qoy hamı bilsin ki, bizim hələki vətəni qorumağa yox, vətəndən qorunmağa ehtiyacımız var.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: