Articles

Acların taleyi

In Blog, Yazılar on Noyabr 8, 2010 by Araz Önər

Aclıq yaman şeydir. Söhbət fiziki aclıqdan getmir. Bəlkə həm də ondan gedir. İnsanların daxilində özünü daim ac hiss etməsi bugün parlamentdə Etibar Huseynov adlı küçə itinin oturmasına gətirib çıxarır. Bu gün Azərbaycan insanları acdır. Onlar, yalnız fiziki aclıq hiss etmir. Azərbaycanın bu yazıq insanları uğurlara, sevinclərə, sözün əsl mənasında stabilliyə acdırlar. Bu gün Əliyevlərin bizə təqdim etdiyi stabillikdən danışmıram. Mən hər gecə yatanda, səhər hansı problemlə üzləşəcəklərini fikirləşməyən insanlardan danışıram. Mən atası öləndən sonra nə olacaq sualını fikirləşməyən uşaqlardan danışıram. Mən övladlarına baxanda özlərindən utanmayan atalardan, analardan danışıram.

Butun bunların olması xülya, yuxu deyil. Bu gün dəfələrlə ünvanına təhqirlər eşitdiyimiz Sovet Hökümətinin zamanında bunlar reallıq idi. İndi bizim o Sovet Hökümətini axtarmağımız çarəsizlikdən deyil, ümidsizlikdəndir. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində meydanda “Azadlıq!” qışqıranların çoxu, bu gün Moskva bazarlarında sifətlərində qırışların “Ищу работу” yazdığı plakatlarla gəzir.

21-ci əsrdə “Azad Seçki” istəmək böyük rəzillikdir. O dünyada ki, bizdən 5000 kilometr qərbdə insanlar küçə heyvanlarına ev axtarırlar, biz isə ev insanlarını küçələşdirməyi arzulayırıq.

Bu seçki bizim yox, seçkini səbirsizliklə gözləyən, 20 manat qarşılığında kimə gəldi səs verən insanların taleyini müəyyənləşdirdi. Ölkənin taleyini aclar həll edəndə, orada toxlar da getdikcə ac olacaq. Bu ölkə acların taleyidir. Ac itin yiyəsi ona birinci sümük tullayandır. Sümüksə kimin əlindədir, açıq-aydın bəllidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: