Articles

İsa Qəmbərə dair

In Blog, Siyasət, Yazılar on Noyabr 3, 2010 by Araz Önər Etiketlənmiş:

Hansı mətbuya baxırsan döşəyirlər İsaya
Döşəməkdəndi ki, yəqin İsa qəmbər kimidir.

Baba Pünhan.

Son günlər maraqlı fikirlər eşidirik. Məsələn: “18 ildir partiya rəhbəri olan insan demokratiyadan danışa bilməz”. Söhbət İsa Qəmbərdən gedir. O İsa Qəmbərdən ki 18 ildir Müsavat partiyasının başqanıdır. O İsa Qəmbərdən ki həyatının yarısından çoxunu bu xalqın rifahı uğrunda mübarizəyə həsr edib. İndi yerindən duran uşaq-muşaq da deyir ki, İsa Qəmbər demokratiyadan danışa bilməz, çünki o 18 ildir partiya başqanıdır.

Hiss edirəm ki, bu uşaq-muşaqların cavabını vermək vaxtı gəlib çatıb. Çünki həm Fərq TV-nin efirində, həm sosial şəbəkələrdə belələrinə qarşı tolerant olmaqdan artıq bezmişəm. Bu axmaqlar elə danışırlar ki, guya İsa Qəmbər 18 ildir Müsavatdan pul qazanır, Müsavatın hesabına kef eləyir, oğluna Dubayda villa alır, ya onun oğlu restoranda ayı əti sifariş verir. Bu adam 18 ildir ki ona qarşı yönələn təhqirlərə, təyziqlərə, böhtanlara dözüb bu xalqın azadlığı uğrunda mübarizə aparır ki, hansısa ******** çıxıb desin ki onun demokratiyadan danışmağa haqqı yoxdur?

Bəli, İsa Qəmbər 18 ildir partiya başqanıdır. Başqanlığı dövründə isə Müsavat partiyasının nizamnaməsini dəyişib başqanlıq dövrünü artırmayıbdır. Belə baxsaq əslində hər şey əksinə olub. İsa Qəmbər heç kimin qarşısını kəsməyib. Onu Müsavatda, ümumiyyətlə Azərbaycanın siyasi arenasında əvəz edə biləcək ikinci insan varsa buyursun. Çox təəssüf ki, rahatca divanında oturub, çay içə-içə “İsa Qəmbər demokratiyadan danışa bilməz” demək çox asandır. Bu cür əbləhlərə dözmək fikrində deyiləm. Hər birinin cavabını bir-bir verəcəyəm. Çox şükür ki, bütün ittihamları inkar edəcək cavablarımız var.

8 Cavab to “İsa Qəmbərə dair”

  1. Araz, nöqtəli yerdə “götverənlər” yazmaq istəmisən?

  2. Onu oxucuların zövqünə buraxmışam :))))

  3. bəli, hər götvərən

  4. İsa Qəmbər qeyri-demokrat? Mən özüm İsa Qəmbərin pərəstişkarı deyiləm, amma belə tərbiyəsizlik heç mənim də ağlıma gəlməzdi… haqqında eşitdiyim və özümün də qismən hər necəsə haqq verə biləcəyim yeganə ittiham onun müxalifətinin köhnəlməsidir…

  5. U$aq-mu$aq deyende kimi nezerde tutursan?
    Bu kateqoriyaya aid etdiyin kesleri tesvir et zehmet deyilse.

  6. İsa Qəmbərlə Əli Kərimlini səhv salmısınız deyəsən? Bu gün hakimiyyət kuluvarlarında belə fikir dəqiq formalaşıbki:”İsa kifayət qədər yumşalıb. Ona mandat düşür.” İsa Qəmbər sevinməlidir. Ona vəkillik edənlər çoxalır. Yəqin mandat iysi sizi vadar edir axi…

  7. ver cavablarını, qardaş, kolay gəlsin

  8. Yumshaqdir, aha.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: