Articles

Tacikistana Azərbaycan nümunəsi

In Blog, Siyasət, Yazılar on Oktyabr 14, 2010 by Araz Önər

Tacikistan Orta Asiyadan tanıdığımız Azərbaycan kimi avtoritar ölkələr sırasındadır. Azərbaycandan fərqli olaraq bu ölkənin xaricə satmağa heç nəyi yoxdur. Prezident Emomali Rahman artıq 15 ildir ki ölkəni idarə edir. Burada müxalifət dinidir. Hakimiyyətlə silahlı mübarizə aparırlar. Silahı deyilənə görə Əfqanıstandan alırlar.  Taliban bu ölkənin müxalifətinə bu işdə yardım edir.

Emomali Rahman Tacikistanın idarəsində Heydər Əliyevin təcrübəsindən istifadə edir. O artıq indidən öz yerinə öz öğlunu hazırlaşdırır. Hazırda onun oğlunu 25-26 yaşı olar. O, olimpiya komitəsinin vitse-prezidentidir.  Əmisi ilə arası yoxdur. Hətta bir banka görə əmisi ilə silahlı atışması olub. Gələcəkdə atasının xələfi olacağına heç kəsin şübhəsi yoxdur. Hakimiyyət dairələri də bunu təsdiq edirlər. Nümunə olaraqsa Azərbaycanı göstərirlər.

Mənimlə bir binada yaşayan tacik dostum deyir ki, bizdə də məhkəmələr azad deyil. O, Tacikistanda müstəntiq işləyib. Sonra vəzifəsindən istefa verib və ölkəni tərk edib. Dediyinə görə əgər bizə yuxarıdan tapşırıq gəlirdisə ki, hər hansı bir adamı tutmaq lazımdır, biz onu tuturduq. Heç bir vəkil ona yardım edə bilməzdi. Vəkillər adətən prosesin bir parçası olurdular. Bəzən elə hallar olurdu ki, vəkillər bizimlə əlaqə saxlayıb üzrxahlıq edirdilər ki, bizi bağışlayın ancaq biz öz işimizi görürük, məhkəmədə səsimizin tonunu qaldırsaq bizə problem yaratmayın.

Tacikistanda da ölkədən xaricə sürətli axın var. 7 milyon əhalinin 2,5 milyonu qeyri-leqal olaraq Rusiyada çalışır.  Burada ən ağır işlərin öhdəsindən gəlmək məcburiyyətində qalırlar. Dostum deyir ki, əgər Rusiya tacikləri ölkədən qovsa Tacikistanda vətəndaş müharibəsi başlayacaq. Çünki  əhalinin 3 nəfərindən biri işsizdir. Minimum aylıq əmək haqqı 15-20 dollardır. Orta aylıq əmək haqqı isə təxminən 100 dollara bərabərdir.

Bu yerdə necə deyərlər adamı ağlamaq tutur. Çünki Azərbaycanı neftsiz təsəvvür etsək Tacikistan alınır və deyəsən elə hər şey ona doğru gedir.

Bir Cavab to “Tacikistana Azərbaycan nümunəsi”

  1. həmişə demişəm ki Tacikistan, Moldova kimi ölkələr “Neftsiz Azərbaycan” kateqoriyasına aiddir.

    Amma mən başqa şeyi qeyd etmək istəyirəm. Taliblərin dəstəklədiyi dini müxalifətdən danışdın. Sonra da deyirlər ABŞ Əfqanıstanda elə eliyir, belə eliyir. ABŞ o vaxt Əfqanıstana girib bu günə qədər islamistləri paçkalarla məhv etməsəydi, indi bütün mərkəzi Asiya Rusiyanın, Çinin sərhədlərinə qədər islamistlərin əlinə keçmək riskinə uğramışdı…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: