Articles

Heydər Əliyev və uzaqgörən siyasətçi haqqında

In Blog, Siyasət, Yazılar on Oktyabr 8, 2010 by Araz Önər

Azərbaycanda Heydər Əliyevi sevənlər az deyil. Mənim Bakı Dövlət Universitetində Nitq Mədəniyyəti müəllimi deyirdi ki, Heydər Əliyev əvəzolunmaz natiqdir. Çox adam da onunla razılaşırdı.Heydər Əliyevlə, Elçibəyi müqayisə edəndə deyirlər ki, Elçibəy yaxşı adam olub, amma siyasətçi deyildi, bunun əksinə Heydər Əliyev əsl siyasət adamı idi. Hətta onu dünyanın ən güclü siyasətçisi adlandıranlar da var. Bir dəfə bankların birində iki qız işçi arasında gedən söhbətin şahidi oldum. Biri o birinə deyirdi ki, “Heydər Əliyev gəldi, yumruğunu stolun üstünə vurdu və dediki burda ağa mənəm”. İnanın o qız bu hadisəni danışarkən içindən bayıra 50 barəl fərəh püskürürdü.

Heydər Əliyev vəfat edəndə ağlayan insanların şahidi olmuşam. Onun tabutunu aparan kortej bizim evimizin yanından keçmişdi. İnanın o tabutu görməkdən ötrü xəsarət alanlar, ürəyi gedənlər, ayaq altında qalanlar oldu.

Müşahidələrim mənə bunu deyir ki, Azərbaycan xalqını yemləmək elə də çətin deyil. Azərbaycan xalqı dərəbəyləri, vorzakonları, avtoritetləri çox sevir. Bu ölkədə “Bakı gözəl şəhərdir”, “Körpü yolun bir hissəsidir”, “Su içməlidir”, “Qız ağacı – qoz ağacı” deyib əvəzolunmaz natiqə çevrilmək olar. Hər kəs insanların mülkünü talayıb, nefti çayxana kimi özəlləşdirib, insanları haqqsız yerə həbs edib, vəfat etdikdən sonra oğlu tərəfindən “ümumilli lider” adlandırılıb dünyanın 1 nömrəli siyasətçisinə çevrilə bilər.

Elçibəyə hakimiyyəti dövründə olan səhvlərə baxmayaraq hörmət etməmək mümkün deyil. Çünki o siyasətçi kimi anladı ki, mövcud durumda onun edəcəyi bir şey yoxdur. Yeganə səhvi hakimiyyəti Heydər Əliyevə təhvil verib bizi sonubilinməz zibilə salması idi. Elçibəy o zaman heç kimi günahlandırmadı. Postundan istefa verib getdi.  Bu gün isə İlham Əliyev Azərbaycanda xoşagəlməz bir şey olan kimi, Qərbi, Ermənistanı, hətta bəzən Rusiyanı belə günahlandırmaqdan çəkinmir. Səbəbi özünün hakimiyyətdə olmağında yox, xarici kəşfiyyat orqanlarının Azərbaycana qarşı etdiyi təxribatlarda görür. Azərbaycanlılar da buna inanmaqda heç bir problem görmürlər.

Bu gün azərbaycanlılar anlamırlar ki, Xocalı soyqırımı, Qarabağın işğalı son 20 ildə Əliyevlərin bu ölkəyə vurduğu ziyanın qarşısında heç nədir. Bu gün çox yerdən “Bunlar yeyib doyub, müxalifət gəlsə onlar da yeyəcək” fikrini eşidirəm. Birincisi bunlar yeyib doymayıb. Hələ də yeməyə davam edirlər. İkincisi də, heç kəs deyə bilməz ki, müxalifət gəlib neft pullarını yeməyə başlayacaq. Bu absurd anlayışdır və hakimiyyətin öz daxilindın çıxan fikirdir. Üçüncüsü isə əgər sən Əliyevləri dəyişə bilirsənsə, istənilən höküməti dəyişə biləcəksən. Yeniləri gəlib neft pullarını yeməyə başlasa onu da dəyiş. Yetər ki, bu çevriliş maşını işə düşsün. Gerisi kolay, arkadaş…

3 Cavab to “Heydər Əliyev və uzaqgörən siyasətçi haqqında”

  1. “Bunlar yeyib doyub, müxalifət gəlsə onlar da yeyəcək” bunu men de cox adamdan eshitmishem. Bir de ki, Araz ,cevrilish etmek ucun xalqin etimadini qazanmish lider lazimdir. O da hele ki yoxdur. Boyuk ehtimal Isa Qember,ya Eli Kerimli hakimiyyete gelse daha yaxshi veziyyetde yashayariq. No xalq (ve ya onun ekseriyyeti)onlari desteklemir ve hec vaxt da desteklemeyecek. Qarshidan gelen minimum 8 ili zibildeyik.

  2. En maraqlisi da ondadir ki, Hal hazirdaki iqtidar montaj montaji duzelder dusuncesiynen montaj edib 92-93 cu illerdeki goruntuleri insanlara teblig edirler. Deilir : o zaman vezifede olan her kes qarabag muharibesini yox, kreslosunun mohkemliyini temin etmek isteyirdi. O zaman hami post ugrunda mubarize apardi, satqinlar , veten xainleri ve s. Maraqlisi burasindadir ki HEYDER eliyev cenablari ozu vetendash muharibesinin cixa bleceyini goze alaraq bele, gelib prezidentlik postuna oturmaga caliwdi. Muharibe weraitinde prezident deyiwikliyine yol acdi ve en esasi kreslo davasini ele ozu etdi… Bilmirem kime ne nagil daniwilir ve kim bu nagillara inanir. Amma sadece bir az dusunse insan, cavabin ne qeder besit ve bu insanlarin ne qeder kut oldugunu anlayar ..

  3. Türkiye’deki AKP Türk bayrağını çöpe atıyor. Aliyev Tükiye’nin başında olsaydı 1 kilo et 20 dolardan daha pahalı olur muydu! Olmazdı. Ebülfeyz Elçibey yaxşi değerli biriydi ancak kıyaslamak olmaz. Azerbaycan oyuna gelmeyin Aliyev yerine bu yobazlar gibi Erdogan, Gül gibi hainler olsaydı başınızda ne yapacaktınız. Türkiye’de halk açlıktan intihar ediyor! iktidar kavgasını bırakın birlik olun!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: