Articles

Ayrılarmı şərəfsizlik qandan, Azərbaycan, Azərbaycan!

In Blog, Siyasət on Oktyabr 4, 2010 by Araz Önər


Foto: Turan ©

İllərdir azərbaycanlıların avropalılar qarşısında öyündüyü, fəxr etdiyi qohumluq, ailə bağlılığı, sədaqətli dostluq haqqında olan miflər dağıla-dağıla gedir. Çünki səmimiyyət üzərində qurulmayan bir münasibət gec tez dağılmağa məhkümdur. Mən Hollandiyaya gələndən etibarən tanımadığım, illərdir görmədiyim qohumlar, dostlar mənə məktub yazmağa başladılar ki, bəs sənsiz darıxırıq və s. və i.a. Mənsə təbii ki belə şeyləri bədənimin heç bir yerinə almıram.

Bu gün çox maraqlı hadisə baş verib. AXPC-Müsavat seçki blokunun namizədi olan Elnur Məcidlinin qohumu onun imza vərəqələrini götürüb qaçıb. Harda olduğu məlum deyil. Bəlkə də məlumdur. Hakimiyyət müxalifət namizədlərinə qarşı yönələn istənilən qanunsuz müqaviməti də Azərbaycan milli mentalitet və dəyərləri çərçivəsində edir. Bunun üçün kifayət qədər məlumat bazası var. Kiməsə şər atmaq, qaralamaq bizim xalqın qız qaçırtmaq kimi qədim adət-ənənələrindəndir. Qohumu qohuma qarşı istifadə etmək, kimisə homoseksual çıxarmaq – bütün bunlar insanları məişətə enməyə məcbur edən məsələlərdir. Elnur Məcidli indi siyasəti, seçkini, parlamenti boş verib gərək öz qohumu ilə münasibətlərini həll etsin. Həmin imza vərəqələrini polislə və yaxud digər güc orqanları ilə geri almaq mümkün deyil. Ancaq “qurban olum, başına dönüm” edəndən sonra bəlkə vərəqələr qayıtdı.

Gözümüzün qabağında neft pulları kimisə satın almağa, kiməsə etdiyi “iş”ə görə “qonorar” ödəməyə xərclənir. İlham Əliyev isə hər çıxışında avropalılara “1 milyon qaçqınımız var” deyərək elə həmən qaçqınların üzünə tüpürür. Bircə qalıb birbaşa efirdən xalqın varyoxuna, nəslinə söyüş söymək. Bunu da gözləmək olar. Bu Azərbaycan prezidentidi. Yaponiya səfirinə “Azərbaycan iqtisadi artım tempinə görə Yaponiyadan irəlidədir” deyən prezident sabah çıxıb xalqın varyoxuna da söyər. Təəccüblü heç nə yoxdur. Murad Köhnəqala demişkən:

“Bizim bir vətənimiz var – Azərbaycandır
Yesən də yeməsən də xiyardır.”

Bir Cavab to “Ayrılarmı şərəfsizlik qandan, Azərbaycan, Azərbaycan!”

  1. […] olmayanların burda vətənşüvənliyi tutdu. Digər əsrarəngiz hadisə Elnur Məcidli ilə baş verib. Qohumlarından biri Elnurun siyasi fəaliyyətiylə bağlı ona edilən təzyiqlərə dözməyib, […]

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: