Articles

Otur,dur!

In Blog, Siyasət on Oktyabr 3, 2010 by Araz Önər

Bir zamanlar Nemət Pənahlı bu xalqı necə idman etdiribsə, xalq artıq neçə ildi o razminkaların yorğunluğunu bədənindən çıxara bilməyib. “Mən bu xalqı elə səviyyəyə çatdırmışdım ki, 1 milyon adam dur deyəndə dururdu, otur deyəndə otururdu” cümləsini elə fərəh hissi ilə deyirki, dedim bu saat kişinin bağrı çatlayacaq. O zaman xalqın bu razminkalardan əzələləri dartıldı. İməkləməyi bacarmayan bir xalqa oturub durmağa o qədər məcbur elədi ki, xalq çaşbaş qaldı. Bundan sonra onu idarə edən liderlərdən eynisini gözləyən xalq, heç birindən lazım olan əmri görmədi. Nə Ayaz Mütəllibov, nə Əbülfəz Elçibəy…Nəhayət ümid Moskvadan Naxçıvana köç etdi. Elçibəy postunu tərk etdi. Heydər Əliyev hakimiyyəti başlandı. Hakimiyyətin ilk illərində hər kəs oturub-durmaq əmrini almağa ümid edirdi. Bu əmr gəlmirdi ki, gəlmirdi. Ermənistanla atəşkəsdən sonra isə Heydər Əliyevdən oturub-durmaq əmri yox, birbaşa qaçmaq əmri gəldi. Hamı qaçmağa başladı. Camaat hara gəldi qaçırdı, kimi sadəcə yerində qaçırdı, kimi canını qurtarmaq üçün qaçırdı, kimi yaxşı yaşamaq üçün. Bu gün artıq ayaqlarımız avtomatik qaçmaq pozasındadı. Bir şey olan kimi, qaçırıq. Qaça-qaça da niyə qaçdığımızı fikirləşirik. Oturub durmaq yaxşı şeydir. Amma ən yaxşısı bizim oturub durmağımız yox, bizim əmrimizlə yuxarıdakıların oturub durmağıdır. Nəisə, gic-gic danışıram fikir verməyin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: