Articles

PR-ı olmayan qara (və yaxud tərsinə)

In Blog, Siyasət on Oktyabr 2, 2010 by Araz Önər

Azərbaycanın analoqu olmayan iqtidarı var. Bu insanlar güya parlament seçkilərinə hazırlaşır. Kampaniyalarının da məzmunu təxminən bundan ibarətdir ki, “biz pisik bəli, lakin müxalifət də pisdi, onlar gəlsə yenə də pis olacaq”. Ağılları bundan o tərəfinə çatmır. Çünki ağılsızdılar. Absurd içində yaşamağa öyrəşiblər. Beləliklə, necə deyərlər, təkərə düşüblər.

Bunların bir axmaq qəzeti var – 525-ci qəzet. Dəqiq bilmirəm hansı nazirin qucağında oturublar. Bu qucaqbaz qəzet bir xəbər yayıb ki, guya  Əli Kərimliyə xaricdən dəstək gələcəyi təqdirdə Qarabağ məsələsində güzəştə getməyə hazırdır. Cənablar Əli Kərimli deputat seçilir, prezident yox. Erməni mətbuatı isə bu xəbəri onlara istinadən verib. Bizim qucaqbazlıqda heç kəsdən geri qalmayan bir kanalımız da var. Söhbət Xəzər TV-dən gedir. (Onlar özlərini elə göstərirlər ki, guya bunlarda din, iman, həqiqət, dürüstlük, püskürür yığıb-yığışdıran yoxdur. Onlar dəfələrlə təkrarlayırlar: “Bizim siyasətlə işimiz yoxdu”. Əslində isə pul qazanmaqdan ötrü söydükləri zionistlərin, amerikalıların belə qucağında oturublar. Gündə 5 dəfə namaz qılmağa nə var ki? Şərəf vitrində olandan sonra xeyri yoxdu.) Bu çirkin sifarişin bir parçası olan bu kanal da öz növbəsində bu xəbəri işıqlandırıb. Xəzər TV-dən sonra 525-ci qəzet geri qalmayaraq öz xəbərini erməni mətbuatına istinad olaraq bir dəfə də yayıb. “Mənim həyətimdən benzin çıxarıb, mənə satmaq” buna deyirlər.

Suallarım çoxdur:

  • Necə olur ki, İlham Əliyevin kiçik oğlunun Dubaydakı mülkləri aşkarlananda, telekanallar və qəzetlər bu xəbəri yalan hesab edib işıqlandırmadılar. Halbuki, xəbəri nüfuzlu Washington Post yaymışdı. 525-in heç nəyə əsaslanmayan bir xəbəri isə sevinə-sevinə işıqlandırılır?
  • Yuxarıdakı arqument həmçinin İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın bank özəlləşdirməsi ilə bağlı olan xəbərə də aiddir.
  • Əli Kərimlinin xarici pasportu olmaya-olmaya, xaricə çıxışı məhdud ola-ola və MTN-in şaykaları bütün günü onu izləyirsə, necə olur o xarici qüvvələrlə əlaqəyə girir. Əgər əlinizdə bir səs yazısı, hər hansı bir sübut varsa verin Hafiz Hacıyevə göstərsin bizə.
  • Erməni mətbuatının 525-ci qəzetə istinadən verdiyi xəbəri, 525-ci qəzet necə olur ki yenidən erməni mətbuatına istinadən verir?
    Bunların başları işləyirmi, ay qardaşlar?

Çox gözəl aydındır ki, bu Əli Kərimliyə və müxalifətə qarşı növbəti qara pr kampaniyasının başlanğıcıdı. Bundan sonra daha pis şeylər gözləmək olar. İsa Qəmbəri mason, Əli Kərimlini erməni agenti çıxaracaqlar. Belə də davam edəcək. Bundan qətiyyən narahat olmağa dəyməz. Bunlar şərəfli mübarizə nədir onu başa düşməyiblər. Çünki həyatları boyu mübarizələri olmayıb. Kim güclü olubsa onun yanında olublar və hər şeyə çox rahat nail olublar. Təbii ki, yalanla, yaltaqlıqla olsaydı Əli Kərimli və İsa Qəmbər çoxdan vəzifədə olardılar. Sadəcə onlar Əli Həsənov olmaq istəmədilər. İqtidar isə şərəfini vitrinə düzmüş əbləhlərdən ibarətdir. O əbləhlər ki, bütün mənəvi dəyərlərini Heydər Əliyev yolunda xərcləyib bitiriblər. İlham Əliyevdə də onlara mənəvi güc verəcək potensial yoxdur.

3 Cavab to “PR-ı olmayan qara (və yaxud tərsinə)”

  1. salam, yaziginiza soz ola bilmez.Mende dunen dostumla meslehetleshim ki,bu nece deyerler Dovlet bashcisina bir acig mektub yazim bu sherefsiz yazi haqinda, artig siz menim arzumu yerine yetirdiz birde yazsaydim inamiramki ele bir qaazet tapilardiki onu oldugu kimi cap etsin.Yenede size minnetdaram bu yaziya gore,eshq olsun sizlere,

  2. […] Önər Blog [AZ] comments. Azərbaycanın analoqu olmayan iqtidarı var. Bu insanlar güya parlament seçkilərinə […]

  3. […] bilaogy Önər [AZ] dia manamarika koa. Azərbaycanın analoqu olmayan iqtidarı var. Bu insanlar güya parlament seçkilərinə […]

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: