Articles

AXCP-Müsavat / Qurultay və birləşmə

In Blog, Siyasət on Sentyabr 25, 2010 by Araz Önər

Sentyabr ayının 25-də AXCP-nin qurultayı oldu. Mən AXCP-ni təbrik etməyəcəm. Əksinə mən də (digər) cəbhəçilər kimi təbrik gözləyirəm. Çünki mən də özümü bir cəbhəçi hesab edirəm. Həmçinin də müsavatçı.
Bu qurultayda AXCP, Müsavat partiyası ilə birləşmək qərarı alıb. Tam 1-2 ay bundan öncə bizim istədiklərimiz yavaş-yavaş həyata keçir. Sadəcə səbirli olmaq lazımdır. Artıq prosesin 50 faizi başa çatıb. Yəni AXCP birləşməyə razıdır. Yerdə qalır Müsavat partiyasının qərarı. Ümid edirəm ki, onlar da bu birləşməyə müsbət baxacaqlar. Çünki bu birləşmə Azərbaycandakı siyasi proseslərin komadan ayılması üçün çox vacibdir.

Həmçinin Obamanın İlham Əliyevlə görüşdə bloqqerləri azad etməyə çağırması, iki aparıcı müxalifət partiyasının birləşməsi, ümumiyyətlə, bu dəqiqə ölkədə gedən istənilən proses indiki iqtidarın əleyhinədir. Hər tərəfdən bir zərbənin gəlməsi, onsuz da içəridən yavaş-yavaş çökməyə başlayan bu sistemin çöküşünə dəstəkdən başqa bir şey deyil. İndi hər kəsin göstərə biləcəyi azacıq müqavimət sistemin çöküşünü daha da sürətləndirəcəkdir. Bunun üçün hər bir vətəndaş, hər bir mübariz ruhlu insan bu sistemin qəbirinə ən azı bir ovuc torpaq tökməlidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: