Articles

Ailələr və talelər

In Blog, Siyasət on Sentyabr 22, 2010 by Araz Önər

Amerikanin yeni səfiri Metyu Brayza / Qılmandı... elə həmən oğlandı!

Deyirəm utanın yerə girin, Metyu Brayza səfir oldu. Azərbaycan iqtisadi azadlıq göstəricilərinə görə Ermənistandan – hər gün müharibəylə, bombardmanla hədələdiyimiz o kiçik, məsum ölkədən, dövlət büdcəsi bizim ordumuzun büdcəsindən az olan, əhalisi guya ki acından ölən, Azərbaycana inteqrasiya etmək istəyən o yazıq ölkədən 43 pillə geridə qalır. Adamın üzünə tüpürəllər. Deyərlər a kişi, mən sənə Qarabağı bəs necə verim? Qarabağ sənin harana yaraşır. Deyərlər ki, o boyda neftinlə hələ bizdən 43 pillə geridəsən, gör sabah neft qurtarandan sonra nə olacaq? Adamı kəsərlər buna görə. Bu sizə elə belə gəlməsin.

Siz də yapışmısınız Xədicə İsmayıl niyə istefa verib. Yox İlhamın təyziqidi, yox Ayatollahın təyziqidi…Sizin başqa işiniz gücünüz yoxdur, cənablar? Adam istefa vermir, deyirsiniz ki elə bil dədəsinin kreslosudur, istefa verir deyirsiz sifarişdir. Belə çıxır ki, indi vermək də bir şey deyil, verməmək də…Sabah birdən İlham Əliyev dinə, imana gəlib istefaya getsə vallah siz ürək çatışmazlığından ölərsiz. Enteresan yau, enteresan.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: