Articles

Bu bizim Talehimizdir!

In Blog, Əlaqəsiz on Sentyabr 21, 2010 by Araz Önər

Haqqında Xarakiri fitvası çıxarılan yapon səfiri Masamutsu

İlham Əliyevin Yaponiya səfiri ilə görüşlərinin birində prezident belə bir cümlə işlədibmiş: “Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə Yaponiyanı geridə qoyub”. Biz bu barədə dostlarla danışarkən belə qərara gəldik ki, bu vəziyyətdə Yaponiya səfirinin xarakiri etməkdən başqa çıxış yolu qalmır. Ümumiyyətlə, Azərbaycan prezidenti olmaq elə belə şey deyil. Gərək o dərəcədə istedadın ola ki, gərək elə gopa basasan ki, qarşındakının özünü öldürməkdən başqa yolu qalmasın. Biz düşmənlərimizə belə qalib gəlməyi öyrənmişik. Öz aləmimizdə…

Yuxarıdakını niyə yazdım? Ay dolandı, il keçdi və nəhayət o an gəlib çıxdı ki, Taley Şahsuvarlı Xədicə İsmayıla jurnalistika dərsi keçməyə başladı. Özü də düz 1-ci paraqraf jurnalistikaya giriş dərsindən. Aldığım məlumatlara görə Taleh bəyin yazısını oxuyan bir neçə oxucu özlərini Bulvarda təzə açılmış Park Bulvar ticarət və əyləncə mərkəzininin 3-cü mərtəbəsindən üzü aşağı Xəzərə atıblar. Mən hələ də inana bilmirəm ki, Taleh Şahsuvarlı o yazını yazarkən ciddi olub.

Bu yazı həm də mənə ənənəvi Qarışqa və Fil lətifələrini xatırlatdı: “Bir gün qarışqanı meşə ilə qaçan görürlər. Soruşurlar ki, ay qarışqa nə olub niye belə qaçırsan? Cavab verir ki, Filin qızı hamilədi məndən şübhələnirlər”.

Vallah Taleh bəy, sənə nə deyim. Tez – tez belə şeylər elə həm sən gündəmə gəl, həm də biz də deyib gülək. Bu gün də yazmısan ki, Xədicə xanımı işdən çıxardıblar. Sən canın dəqiqləşdir gör işdən çıxardanda nə qədər təzminat veriblər?

Nəisə arkadaşlar. Ulu Tanrı xalqımıza səbr versin! Bir tərəfdən İlham, bir tərəfdən Taleh, Yaponiya səfiri, nə bilim e? Nə olacaq bu işlərin axırı, Turxan Qarışqa?….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: