Articles

Dünya və onun oxu

In Blog on İyul 12, 2010 by Araz Önər

İnsan çox qəribə məxluqdur. Nə vaxt nə edəcəyi məlum deyil. Qorxaq adlandırdığımız insanların bir gün qorxmadan həqiqəti axtarmağa başlayacaqlarına şübhə etməyin. Bunun əksi də doğrudur.

Elə insanlar var ki, mən onları qlobusa oxşadıram. Yox, mən onları qlobusa oxşatmıram. Onlar özləri qlobus olmaq iddiasındadırlar. Qlobus da yox, özlərini qlobusu fırladan ox hesab edirlər. Bir gün də, qlobus həddindən artıq sürətlə fırlanmağa başlayanda, bu ox sınır. Onda insan əsl dünyanın fərqinə varmağa başlayırlar. Dünya heç kimin ətrafında dönmür, insan…Yer özü üçün fırlanır.

Mən dindar deyiləm. Heç bir dinə inanmıram. Ancaq əgər doğurdan da o biri dünya varsa hesab edirəm məni namaz qıldığıma, kilsəyə getdiyimə görə suala çəkməyəcəklər. Əgər doğurdanda Tanrı və onun ədaləti mövcuddursa…

Soruşacaqlar ki, niyə görə filankəslə içməyə getmədin? Niyə David Gilmourun sonuncu albomuna sona qədər qulaq asmadın? Niyə Dostoyevskini axıra qədər oxumadın? və s. Sorğu sual belə olsa, buna deyərəm ədalət…

Tanrı türkü qorusun.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: