Articles

Alnımızın qaralanmış yazısı

In Blog on İyul 9, 2010 by Araz Önər

Həyatımız boyu yaşadığımız, gördüyümüz, sevdiyimiz yerlərin göz görə-görə dəyişməsi, öz mahiyyətini, koloritini itirməsi bizi elə də incitmir. Çünki hər şey gözümüzün qarşısında olur. İnsan bu eybəcər dəyişikliyin o qədər də fərqində olmur. Mən bunu Bakı haqqında deyə bilərəm. Bakı uşaqlığımızdakı şəhərdən çox fərqlənir. Çox dəyişib, eybəcər, qülyabani, həftəbecər bir şəhərə çevrilib. Zövqsuz tikilən binalar bir-birinin götünə, bizim isə gözümüzə girir. Əvvəllər dağüstü parkdan şəhərə baxanda insanın gözünə ilk sataşan Qız qalası idi. İndi Qız qalası harda-gəldi tikilmiş binaların içində gizlənib, gözdən itib. Bu mənim gözümün qarşısında olub. Mən bu prosesi maraqla izləmişəm. İzləmişəm ki, görüm gedib hara çıxacaq.

Xatırlayırsınızsa, təxminən 10 gün bundan öncə uşaqlığımın bir hissəsini keçirdiyim Neftçala şəhərinə getmişdim. Babam orada yaşayır. Ancaq mənim ora getmək səbəbim Emin Millinin atasının dünyadan köçməsi idi. Neftçala da Bakı kimi çox dəyişib. Çox qeyri-adi forma alıb. Əvvəllər rus üslubunda tikilən evlər demək olar ki yoxdur. Əvəzinə heç bir üslubu olmayan – üslubsuzluq üslubunda tikilən evlər var. Hamısı da ya açıq çəhrayi, ya da açıq yaşıl kimi eybəcər rənglərə boyanıb. 12 işıq dirəyi olan mərkəzi küçədə bir dənə dirəkdə belə işıq yanmır. Hava qaralması ilə bərabər şəhərin özü də qaralır.

Mən Neftçalaya 2007-ci ilə qədər hər il gəlib gedirdim. Demək olar ki, 2000-ci ildən bu şəhərdə hər şey əksilə-əksilə gedir. 2007-ci ildə gələndə artıq evimiz olan küçədəki skamyalar, ağaclara üstünə çəkilən işıqlar da yox olmuşdu. Sovet Hökümətinin süqutu uzaqlaşdıqca Neftçala da sivilizasiyadan uzaqlaşır. Yadıma çox yaxşı gəlir 5-6-7 yaşımda Neftçala əməlli başlı şəhər idi. Bazarı, mərkəzi, parkı, kilsəsi, məcsidi, əyləncə klubu, restoranları, kafeləri var idi. Alternativ çox idi. Hələ dayımın və babamın Sövet Hökümətindəki Neftçala haqqında danışdıqları xatirələri bura yazsam yazı daha təsirli olardı.Çöx heyif ki, mən xatirələrə inanmıram ya da mənim üçün onlar önəmli deyil.

Önəmli olan bu gün sürü şəklində Bakıya işləməyə, yaşamağa gəlməyə məcbur olan insanların taleyidir. Bu alın yazısının qələmi isə bu hakimiyyətdədir. Onlar, öz alınlarını istədiyi kimi, səliqəli şəkilldə yazmaqda davam edir. Bizim – sadə insanların alnı isə onlar üçün sadəcə qaralamadır. Onların qələmini sındırmaq lazımdır. Amma necə…?

2 Cavab to “Alnımızın qaralanmış yazısı”

  1. Sonda qoyduğun suala təəssüf ki cavab verə bilmiyəcəm. Amma bir şey demək istəyirəm. Hər şey ona gedir ki, Milli İstiqbalın yoxuğu, cəmiyyəti Milli İstiqlalda məyyus, peşman edəcək…

  2. Araz necesi cox cetindir. Men duzu bu barede optimist deyilem. nezere alsaq ki, Ispaniya kimi olkede 1975ci ile kimi diktatura olub, bizde neinse suretli deyiseceyine inanmiram. ne vaxtsa olacaq, ne vaxtsa Azadliq zefer calacaq,amma bu yaxinlarda yox. Sebebini deyim
    1. Qarshi terefin pulu, gucu, Lider tvsi her seyi var, her sey onlara isleyir. Amma sosial bazasi yoxdur. Camaat maariflendirsek, hami bizim terefe kecer.
    2. Bizim terefde parlaq lider yoxdur. Isa Qemberdir, Eli Kerimlidir, onlar da populyar deyil. Ele de guclu deyiller. Siyasetden uzaq bir xanim mene demisdir ki, indikiler yeyib doyub, her seyleri var. Bu kasiblar gelse umumiyyetle halimiz pis olacaq. Kim qarantiya vere biler ki, onlar da yemeyecek. Yeni basa dusduyun kimi inam yoxdur. Rehmetlik Elcibey daha guclu idi, o sag olsaydi isimiz rahat olardi, xalq onu sevirdi, inanirdi. Lideri qoyaq bir qiraga. mitinqe kecek. Bilirsiz isi olan adam, maas alan adam mitinqe gelmeye risk elemir, o deqiqe isden azaddir. Universitetde oxuyan telebe de qorxur ki, redd eliyecekler. Mitinqe ancaq itireceyi hec ne olmayan insanlar gelir esasen. O da max 100 nefer. Sen dusunursenmi ki, 100 neferle inqilab etmek mumkundur, ya 1000, ya 10000? 2003u yadina sal. Yeni bura Qirgizistan deyil ki, 1000 neferle hakimiyyeti deyisilsin.
    3. Abshdir, qerbdir hamisi oz maraqlarini guden gicdirnaqlardir ve kim gucludurse onun terefini tutacaq. Qirgizistandaki kimi. Onlarin dassagina da deyil kim oz xalqini minir, capib talayir.
    Bes ne etmek olar? Bildiyimi deyim.
    1. en vacibi odur ki, usaqlardan, Irelicilerden (70%) harinnamish memurlardan ve tvler vasitesile beyni yuyulmush azsayli kutleden basqa hami Azerbaycanda movcud durumdan narazidir. Onlari BIR CEBHEDE yigmaq lazimdir, Meydan herekatinda oldugu kimi. Bununcun yene de Lider meselesi ortaya cixir, xalqi oz arxasinca aparan. Genc liderlerden de ikisi hebsdedir, birini Gurcustana qovdular, biri de olsa cibine nehshe atacaqlar, ya ne bilim ne. Duzu men ozum ferd olaraq gelecekde (eger basina bir is getirmeseler) Bextiyat Haciyevi lider kimi gorurem, onun haqda cox sey arasdirmisam, ejdahadi, ferqlidi, qedrini o qeder bilmesek de Nelson Mandelanin Azerbaycan versiyasidir ve zarafat kimi seslense de o Azerbaycanin gelecek rehberidir. buna men 100 eminem.
    2. Mitinqleri artirmaq lazimdir ki, camaatin qorxusu kecsin, ayaga qalxsin, biraz tekmillesdirmek lazimdir. Bilirsen cox temiz insanlar ozlerine sigisdirmirlar ki, ogrash polisler, qolunu burub turmeye salsinlar. Ona gore mitinqe gelmirler. DAGIDILMAYAN MITINQ lazimdir ki, camaat yigissin. Nece? men ne bilim

    3. Indiki seraitde AXCP Musavat birlesmese ayri ayri fealiyyet gosterseler bu seckilere de bir qush. Men izledim bir qrupun gencin birlesmek isteyini. Xiyar xiyar behaneleri de gordum. Bunlar basa dusmur ki, xalq, genis kutle o qotur sosial bazasiz partiyalari tanimir, tanimadiqlari adamlarin arxasinca kim duser?

    Neyise, son kimi deyim ki, bizi demokratiklesme yolunda cetin gunler gozleyir. Nobody will stay virgin, government will fuck all of us if we will not unite our powers.
    Vaxtin olsa yazarsan,etrafli muzakire ederik

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: