Articles

Eynulla! III(II)

In Blog, Əlaqəsiz on İyul 6, 2010 by Araz Önər Etiketlənmiş:

Bu gün Eynulla Fətullayevin məhkəməsindən sonra həm müxalifətdən, həm də həbsi təşkil edən iqtidarın nümayəndələrindən bu həbsə şərhlər gəlməyə başladı. Müxalifət nümayəndələri təbii ki, həbsi pislədilər. Onlardan bu işə başqa münasibət də gözləmək olmazdı. Hamı bir ağızla “Eynulla Fətullayev dərhal azadlığa buraxılmalıdı” deyir.

İqtidarda isə vəziyyət biraz qəlizdi. Eynullanın həbs olunmasında heç bir insani məntiq olmadığına görə, hərə bu həbsi bir cür əsaslandırır.

Mənə ən maraqlı olan YAP-çı deputat Elman Məmmədovun açıqlaması oldu: “Azərbaycan Avropanın müstəmləkəsi deyil ki, Avropanın qərarı ilə kimisə həbsdən azad edək”. Sonra da deyirlər ki, xalq mübarizə aparmır. Bu cür deputatı olan xalqdan bundan artığını gözləmək ədalətsizlikdir. Normal, hüquqi dövlətin vətəndaşı uşaq anadan olan kimi onun qulağına bir cümləni pıçıldayır: “Ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, ölkəmizin qanunlarından üstündür”. Bizim deputatın dediyinə baxın.
Kaş elə Azərbaycan Avropanın müstəmləkəsi olaydı və biz də bu günləri görməyəydik.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: