Articles

İsa Qəmbər: Araz Önərin suallarına cavab

In Siyasət on İyun 14, 2010 by Araz Önər Etiketlənmiş: ,

Bir neçə gün öncə, hörmətli İsa bəyə öz bloqumda məni maraqlandıran sualları ünvanlamışdım. Bu gün İsa bəy suallarım(ız)a cavab verdi. Maraqlıdırsa oxuyun.

******

Araz bəy, əvvəlcə suallarınıza konkret cavab verib, sonra bəzi mülahizələrimi bildirəcəm.

KXCP Məclis sədri Zəlimxan Məmmədlinin Tbilisidə Heydər Əliyevin büstü qarşısında baş əyməsi təbii ki, ciddi faktdır və bu izsiz kecməyəcək. Azərbaycanı bugünkü bərbad vəziyyətə salan adamın abidəsi önündə baş əymək biyabırçılıqdır.
Bu hadisədən sonra hələki nə DUİ, nə də KAXCP rəhbərləri ilə görüşüm olmayıb. Görüşəndə bu məsələni ciddi qaldıracayıq. Müzakirənin nəticəsini biləcəksiniz. İstənilən halda biz seçkilərdə Z. Məmmədlini müdafiə etməyəcyik.

Rauf Arifoğlunun hakimiyyətdən sifariş alması fakt deyil, mülahizədir. Əgər ortada belə bir fakt olsaydı, biz buna münsaibət bildirərdik.
Rauf Arifoğlunun və onun rəhbərlik etdiyi “Yeni Müsavat” qəzetinin mövqeyində bizim razılaşmadığımız məqamlar az deyil. Amma, Rauf Arifoğlu 2007-ci ildən Müsavatın sıravi üzvüdür. O, Müsavatın rəhbərliyində deyil və partiyamızın siyasətinin müəyyənləşməsində iştirak etmir. Biz onu ilk növbədə qəzetçi kimi, jurnalist kimi dəyərləndiririk.
Müsavat partiyasının sıralarında onlarla, bəlkə də daha çox qəzetçi var, jurnalist var. Onlar Müsavat ideyasına, müsavatçılığa bağlı olduqlarını bəyan etməklə yanaşı, hərəsi öz mövqelərini, düşüncələrini, mülahizələrini əsas götürərək yazırlar, çalışırlar. Biz fərqli mövqelərə görə jurnalisti necə partiyadan çıxara bilərik? O zaman bizim YAP-dan nə fərqimiz olar?

İnid isə məsələyə başqa yöndən baxaq.

Araz bəy, bu sualları başqaları da səsləndirirlər. Səmimi və ya qərəzl şəkildə. Cavablarım onlara da aiddir.

1. Adını çəkdiyiniz şəxslər – Z.Məmmədli və R.Arifoğlu demirlər ki, biz super müxalifətçiyik, demirlər ki, bizsiz müxalifətin birliyi mümkün deyil. Onlar öz mövqelərini açıq şəkildə bəyan edirlər.
Z.Məmmədli demir ki, bu foto montajdır, mənə qarşı təxribatdır. Deyir ki, hesab edirəm düz etmişəm. Mən bir ictimai təşkilatın rəhbəriyəm, təşkilatımda müxtəlif siyasi baxışlı insanlar var və mən onların hamısını təmsil edirəm.
R.Arifoğlu açıq şəkildə deyir ki, mənim prioritetim qəzetin uğuru və jurnalistlərimin təhlükəsizliyidir. Deyir ki, qəzet müxalifətin əvəzinə mübarizə aparmayacaq, müxalifətin apardığı mübarizəni işıqlandıracaq.
Onların mövqeyi ilə razılaşmamaq olar, amma, bu onların mövqeyidir və mənim üçün də önəmlidir ki, onlar bəzilərindən fərqli olaraq öz mövqelərini gizlətmirlər.

2. Biz AXCP-yə əməkdaşlıq təklif edəndə deməmişik və demirik ki, bizimlə bərabər filan təşkilatlarla, filankəslərlə də əməkdaşlıq etməlisiniz. Demişik ki, Müsavat-AXCP məsləhətləşmələrinə başlayaq, qarşılıqlı razılıq olarsa təklif olunun digər qüvvələri də əməkdaşığa cəlb edərik. Yaxud da Müsavatın və AXCP-nin təmsil etdiyi qüvvələri dəqiqləşdirib onların da məqbul maraqlarını təmin edərik.
Məhz buna görə siz müstəqil gənclər, Müsavat və AXCP-yə əməkdaşlığa başlamaq təklifi ilə müraciət edəndə, biz Müsavat olaraq tərəddüdsüz cavab verdik ki, heç bir ön şərt irəli sürmədən AXCP ilə əməkdaşlığa hazırıq. Lakin təəssüf ki, qarşı tərəfdən yenə də şərt eşitdik ki, Müsavat AXCP ilə əməkdaşlıq etmək istəyirsə AXCP-nin müttəfiqləri ilə də əməkdaşlıq etməlidir.
Çətinlik də bundadır.

Bir məsələyə də aydınlıq gətirmək istəyirəm: Bizim Azadlıq bloku ilə bağlı heç bir problemimiz yoxdur. İstəyirlər 100 il müttəfiqlik etsinlər. Amma, razılaşarsınız ki, AXCP-nin istədiyi qüvvə ilə müttəfiqlik etmək haqqı varsa, Müsavatın da istəmədiyi qüvvə ilə əməkdaşlıq etməmək haqqı var.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: