Articles

Müsavat başqanı İsa Qəmbərə və AXCP sədri Əli Kərimliyə gənclərin müraciəti

In Yazılar on İyun 3, 2010 by Araz Önər Etiketlənmiş: , , ,

Hörmətli İsa Qəmbər və Əli Kərimli,

BİZ- Azərbaycanda demokratik, ədalətli və qanunun aliliyinin təmin olunduğu azad cəmiyyət arzusunda olan müstəqil gənclər olaraq son vaxtlar mətbuatda və virtual aləmdə ölkəmizin iki ən güclü və real müxalifət partiyaları olan, avtoritarizmə qarşı hər zaman ardıcıl və qətiyyətli mübarizəsi ilə tanınan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksionerləri və üzvlərinin qarşılıqlı ittihamları, hətta bəzən təhqiredici ifadələrindən dərin təəssüf hissi keçirir və bu cür əməlləri qınayırıq.

Azərbaycan müstəqillik əldə etdiyi 19 il ərzində artıq 17-ci ildir hakimiyyətdə olan indiki hakimiyyətin ölkəmizi bütün sahələrdə fəlakətə sürükləməsi, onun sərvətlərini talan edərək əhalinin böyük hissəsini yoxsulluğa məhkum etməsi, Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı real addım atılmaması, köklü islahatların aparılmaması, korrupsiyanın, özbaşınalığın, siyasi repressiyaların tüğyan etdiyi bildiyimiz reallıqlardır. Yuxarıda sadalanan faktlar artıq xalqımızın əksər hissəsində hakimiyyətə qarşı görülməmiş narazılıq və hiddət yaratmışdır.

Həmçinin 2003-cü ildə dünyanın böyük güclərinin də köməyi ilə Azərbaycanda faktiki monarxiya rejiminin qurulmasından sonra İlham Əliyev tərəfindən ölkədə iqtisadi və siyasi sahədə real islahatlar aparılmaması, hətta vəziyyətin daha da pisləşərək seçki saxatkarlıqlarının daha böyük biabırçılıqlarla həyata keçirilməsi, siyasi partiyalar, QHT sektorunu, azad mətbuatı tamamilə sıradan çıxarmaq üçün total hücüm edilməsi və regionda baş verən proseslər fonunda Azərbaycanın xarici siyasətinin iflası Qərb ölkələrində hakimiyyətə olan bütün ümidləri sıradan çıxarmışdır.

Biz inanırıq ki, avtoritar rejimin 17 ildə bütün basqı, repressiya və təqiblərinə baxmayaraq hələ də ayaqda durmağı bacaran, xalqın son ümid yeri olan, real gücə və strukturlara malik Müsavat və AXCP hələ ölkəmizdə demokratik cəmiyyət quruculğunda son sözünü deməyib.

Azərbaycanda azad və demokratik cəmiyyət qurulması istiqamətində xalqın səfərbərliyini və Qərb dövlətlərinin real demokratik dəyişikliklərə dəstəyini təmin etmək əvəzinə bu iki partiyanın bir-birilə mübarizə aparması, bir-birini ittiham etməsi, 2010 cu ildə keçiriləcək parlament seçkilərini bir şans ili kimi görən, köklü dəyişikliklərə və nəhayətki xalqın iradəsini əks etdirən parlamentin formalaşmasına ümid edən xalqımızı və biz gəncləri məyus edir.

Xahiş edirik, yuxarıda sadalanan faktorları nəzərə alaraq və sizlərə ümid edən hər kəsin istəklərini nəzərə alaraq illərin sınağından üzüağ çıxmış bu iki partiyanın qarşılıqlı ittihamlarına son qoyulması, birliyinin təmin edilməsi, birgə kütləvi etiraz aksiyalarının təşkil edilməsini ən qısa müddətdə təmin edəsiniz.

Əks halda bu siyasi partiyalılığı olmayan biz müstəqil gənclərdə hər iki partiyanın apardığı mübarizənin səmimiyyətinə şübhə yarada və son vaxtlar fəallaşan gənclər hərəkatında müəyyən ruh düşkünlüyü yarada bilər. Biz qəti şəkildə bəyan edirik ki, birlik yaranmadığı təqdirdə Müsavat və AXCP-nin ayrı ayrılıqda təşkil etdiyi etiraz aksiyalarına və tədbirlərə qoşulmayacaq və hər iki partiyanı boykot edəcəyik!

Birlik ümidi ilə!
Müraciətə qoşulanlar:

Rəşadət Axundov
Məcid Məcidli
Mirislam Nəzərov
Araz Önər
Vaqif Əliyev
Orxan Cəfərli
Ülvi Həsənli
Turxan Qarışqa
Azər Məmmədov
Aynur Zərrintac
Dilqəm Şabanov
Sərxan Mehdi
Nunu Zadeh
Pərviz Abbasov
Rəşad Əliyev
Türkan Hüseynova

Bir Cavab to “Müsavat başqanı İsa Qəmbərə və AXCP sədri Əli Kərimliyə gənclərin müraciəti”

  1. + Əli İsmayılov

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: