Articles

Nə edim ki?

In Günün Yazısı on May 24, 2010 by Araz Önər Etiketlənmiş: ,

Şəkil fotomontaj deyil

Yenə də başlayacam danışmağa, yenə də deyəcəksiniz ki mövqeyin düzgün deyil. Əvvəla onu deyim ki, Azərbaycan kimi ölkədə insanın özünə mövqe seçməsi biraz problemli məsələdir. Vəziyyət o həddə gəlib çatıb ki, harada olsan batırsan. Hərəsinin özünə görə səbəbləri. İçimdən müxalifəti tənqid eləmək keçir, amma eləmirəm. Müxalifət nə qədər bərbad olsa tənqid etməyəcəm və nə qədər yaxşı da olsa tərifləməyə ehtiyac görmürəm. Bu mənim iyrənib susmağımdan irəli gəlmir. İyrənən adam məncə susmamalıdır.Ancaq bütün günü bar-bar bağırıb Taleh Şahsuvarlı da olmaq istəmirəm. “Adətən nəyə etiraz edirsiniz” sualına “yerə siqaret atanlara etiraz edirəm” cavabını verən Ceyhun Osmanlının mövqeyini də daşımaq qeyri-mümkündü mənim üçün. Mən yerə siqaret atanlara yox, göydən başımıza daş atanlara etiraz etməyin tərəfdarıyam. Birbaşa İlham Əliyevin özünə.İndi vəziyyət elə gətirib ki, biz də Azərbaycanda doğulmuşuq, keçmişik də indi bir paza daha nə edə bilərik? 21-ci əsrdə mağara qaydası ilə yaşamaq çox ağır şeydi. Ən azından “sənin də gələcək həyat yoldaşını toy kasetinə baxıb seçə bilərlər” qorxusu var içində. Kafedə döyüləndən sonra polisə şikayət etməyə də qorxa bilərsən. Gözümüzün qabağında ikisini elə tutdular. Ona görə də sizi döyüb eləsələr, marş evə.

Bizimki biraz qəribədi. Yenə də pessimistəm, hə?

Nə edim ki, optimist olum?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: