Articles

Bir neçə söz

In Günün Yazısı on May 17, 2010 by Araz Önər

Çox sağolun ki, bizə ibtidai şeyləri öyrədirsiniz. Biz sizdən əvvəl çəngəl tutmağı belə bilmirdik. Çox sağolun ki, bizə bulvarda çay içmək imkanı verirsiniz. Biz elə bilirdik ki, bulvarda yalnız günəbaxan tumu çırtlayıb, qabığını yerə atmaq olar. Çox sağolun ki, bizə nümunəvi həyat tərzi aşılayırsınız, bizsə elə bilirdik ki qəhbələr yalnız gecə klublarında olur. Çox sağolun. Biz hər şeyi çox yaxşı görürük. Gənclərə muğamı sevdirməklə 50 yaş qocaltdığınızı da görürük. Bir birinin götünə barmaq edən meyxanaçıları da görürük. Ölkənin yarısı sel altında qala-qala Gül bayramına 10 milyon dollar xərcləməyinizə də görürük. Hələ də bizdən sizi sevməyimizi istəyirsinizsə, hələ də bizdən böyüyə hörmət etməyimizi istəyirsinizsə, hələ bizdən Qarabağı düşünməyimizi, muğama qulaq asmağımızı, meyxana deməyimizi istəyirsinizsə, hələ də ümumilli liderin heykəlinin qarşısında baş əyməyimizi istəyirsinizsə mənim sizə bir cavabım var: “Sikdirin, cənablar! Ciddi deyirəm, sikdirin!” Biz bu qəhbəxananın qəhbələri olmaq istəmirik.

Bir şərh yazın