Articles

Bəlkə də qaytardılar

In Yazılar on May 7, 2010 by Araz Önər

Azərbaycanda yaşam mübarizəsi davam etməkdədir. ANS tv hər səhər “Ermənilərin Azərbaycana təcavüzü davam edir”in yerinə bu cumləni işlətsə daha məqsədəuyğun olar. İnsanların bu ölkədə necə yaşadığı barədə əvvəlki yazılarımda yazmışam. Bunu məncə qəzet oxuyan hər kəs bilməlidir. İntihar səviyyəsi yüksələn xəttlə inkişaf edir. 10-15 yaşlı uşaqlar özlərini öldürürlər. Bu iqtidar əhalinin hər təbəqəsinə qarşı amansız mübarizə aparır. Hətta öz partiya üzvlərinə qarşı belə. Bu gün Azərbaycan Özbəkistanla, Türkmənistanla müqayisə edilir. Tez – tez müxtəlif insanların dilindən “Azərbaycan Türkmənistana doğru gedir” ifadəsini eşidirik. Hələ bilmək olmaz. Azərbaycanda baş verənlər təəccübləndirmir, qıcıqlandırır. Bu hakimiyyətin manyaklıq dərəcəsi ölkəni Şimali Koreyaya çevirməyə belə çatar. Bu ölkəni müflis etmək üçün 50 il dalbadal Gül bayramı keçirmək kifayətdir. O Gül bayramı ki, ona verilən pullarla Azərbaycanda hər kəs pulsuz təhsil ala bilərdi. Amma o güllər heç qarın da doyurmur. Azərbaycan hakimiyyəti bununla yalnız demokratik deyil bütün insani dəyərlərə tüpürdüyünü sübut edir.

Nəisə pessimist olmayaq.

Sizə gülməli bir hadisə danışım:
“Günlərin bir günündə Norveçdən Azərbaycana bir jurnalist gəlir. Jurnalist gəzir, dolaşır, Azərbaycandakı vəziyyəti öyrənir. Nəhayət sonda “xalq düşməni”, “ümumilli killer” Eynulla Fətullayev  haqqında bir film çəkir. Geri qayıdan zaman isə hava limanında onun çantasını alırlar. Çantanın içindəki yaddaş kartında kinonun bütün materiallarını silib yerinə qoyurlar. Norveçə çatanda isə jurnalist görüb ki, yaddaş kartında heç nə yoxdur. Hakimiyyət də sevinib ki, bu paz girmədi. Sən demə norveçli jurnalist yaddaş kartında olan materialları əvvəlcədən Norveçə göndəribmiş. Azadlıq Radiosu vasitəsi ilə bizə xəbər çatdırıb ki, bir neçə gün sonra Eynulla Fətullayev haqqında olan “Azərbaycanda məhbus“ adlı sənədli filmin montajı başlanacaq.”

Bu yerdə Kərəmi ağlamaq tutur.

5 Cavab to “Bəlkə də qaytardılar”

  1. Kərəmi yaxşı yerdən ağlamaq tutub. Bunlar Erling qardaşı AzTv-nin qocaman jurnalistləri ilə bir tutublar. Daha demə ki, AzTv-nin çəkilişləri studiyaya iki günə poçtla çatanda, camaat artıq hadisəni canlı yayımla izləmiş olur. Filmi səbirsizliklər gözləyirəm. Hımçinin filmdən sonra doğacaq həyəcanları ve hoqqaları ))

  2. Kefin olsun :-))

  3. tekce keremi aglamaq tuttu?

  4. Bu bir xarici jurnalist qarşısında Əliyevlər rejiminin acizliyinin,qorxaqlığının bariz nümunəsidi.

  5. paz meselsi Araz lap lezet eledi…hakimiyyete 2 qat paz girdi ))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: