Articles

Analar və Qadınlar

In Yazılar on Fevral 1, 2010 by Araz Önər

«Görkəmli oftolmoloq Zərifə Əliyevanın doğum günü – 28 aprelin Azərbaycanda Analar Günü kimi qeyd edilməsini təklif edirəm».
Bu sözləri deputat Elmira Axundova Milli Məclisin fevralın 1-də keçirilən toplantısında deyib.
Xanım deputat hesab edir ki, 8 mart Beynəlxalq Qadınlar Günü artıq önəmini itirib. Ona görə də bu günü ləğv edib qeyri-iş günü olan Analar Gününü təsis etmək məqsədəuyğundur.
Zərifə Əliyeva eks-prezident Heydər Əliyevin həyat yoldaşı, indiki prezident İlham Əliyevin anasıdır.

Qadınlar günü öz əhəmiyyətini itirib. Təbii ki bu fikirlə razıyam. Azərbaycanda təkcə qadınlar günü yox, qadın öz  mahiyyətini itirib. Sovet Höküməti bunun qarşısını biraz almışdı. İndi təzədən başlayıb. Əlbəttə ki, karyeraya sadəcə ümid edən, seksual həyatı olmayan, bir oğlanla birlikdə görüləndə qəhbə statusu alan bir qadının əhəmiyyətindən danışmaq olmaz. O sadəcə ötürücüdür. Kişidən alır, cəmiyyətə ötürür. Bütün bunların müqabilində təqvimdə Qadınlar günü var və bu günü, həm namuslu, həm namussuz, həm nəslin adını batırmayan , həm də qəhbə qadınların bayramıdır. Bunu təqvimdən çıxarın, yenə də bu gün qadınlara aiddir. Qadınlarındır.

Ancaq təcrübə göstərir ki, Azərbaycanda qadın yoxdur. Var kişi, var ana. Kişi böyüyür, başa çatır, kef çəkir, ora – bura gedir, miniylə gəzir birin alır. Qadın isə 17-18-19 yaşından sonra və bəzən də tez kəşf olunur. Ondan əvvəl isə evdə xüsusi yeri olmayan sadəcə olaraq evin siravi üzvü kimi fəaliyyət göstərir. Evlənmə yaşına çatanda isə birdən-birə kəşf olunur. Evlənir, ana olandan sonra isə yenidən əvvəlki – siravi statusuna qayıdır.

Ana bizim üçün müqəddəsdir. Bizdə hər şeyin ikili standartı olduğu kimi, ana barəsində də belədir. Məsələn, öz anasını müqəddəs sayan kişi, içib evə gəlib öz anasının alnından öpüb ağlaya bilər, öz uşaqlarının anasını isə eşşək kimi döyə bilər.

İndi Elmira Axundovanın – qadın deputatın Qadınlar gününün ləğv olunmasını, Analar gününün təsis edilməsini istəməsi heç də təəccüblü bir şey deyil. Bunun bir neçə səbəbi ola bilər. Məsələn ola bilər ki, deputatlıq mülkiyyəti Elmira xanıma azlıq edir və o birini də istəyir. Düz deyiblər, qarın doyar göz doymaz. Analar gününün Zərifə Əliyevanın adıyla bağlanması da bundan xəbər verə bilər. Ola bilər ki, hakimiyyətin Elmira xanıma alternativi var və sifəti qırmızılıqda ondan daha yaxşı olan birini tapıb. Elmira xanım da əks hücuma keçib.

Hər nə olursa olsun. 8 mart illərdir eşşək kimi aşağıladığınız qadınlarınıza 1 günlük sevginin günüdür. Bu günü onların əlindən heç kim ala bilməz desəm yalan olar, amma məncə heç kim almamalıdır.  Analar günü isə boş şeydi. Azərbaycan kişisi yalnız öz anasını tanıyır. Onun bunun anasına qəhbə gözüylə baxır.

2 Cavab to “Analar və Qadınlar”

  1. Pis deyil. Azərbaycan qadınlarının daha çox öz sosial rolları vasitəsilə qavranılmasını yaxşı tutmusunuz. Qadın öncə anadır, arvaddır, bacıdır, gəlindir, qayınanadır, baldızdır, yalnız bütün bunlardan sonra o qadındı.
    Bir azdan Novruzu da Əliyevlər Novruzuna çevirəcəklər.

    The İmage

  2. yeqinki bir gun Axundova kimilerden biri teklif edecek ki teqvimdeki 12 ayin her biri Eliyevlerin aile uzvlerinin adi ile bagli olsun

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: