Articles

Bir insan necə ölər(2)

In Yazılar on Yanvar 30, 2010 by Araz Önər Etiketlənmiş: ,

Atalarımızın bir yaxşı sözü var: “Yalanın ömrü 40 gündür”. Axtarsan hərdən bir yaxşı deyimlər tapa bilərsən. Bu da onlardan biridir. Hətta el içində bu deyimin təhrif olunmuş forması da var: “Qəhbəliyin ömrü 40 gündür”. Ancaq biz bu  deyimin təhrif olunmamış formasına istinad edib yazımızı davam etdirəcəyik. Bir neçə gün əvvəl prezident İlham Əliyev ordudakı xidmətlərinə görə Müdafiə naziri Səfər Əbiyevi «Şöhrət» ordeni ilə təltif edib. Çox mübarək. Ordumuza verdiyi töhvələrə görə biz də cənab Əbiyəvə təşəkkür edərdik. Əgər töhvə olsaydı.

***

Yalan özü özünü inkar edir. Yalan qəfəsdə qalmağı sevmir və mütləq o qəfəsi söküb azad (gerçək) olacaq. Gerçək isə hər zaman sahibinin arxasıyca gəzir. Əgər gerçək özündən başlayıbsa, o gerçəyin sahibi hər zaman gerçəkçi olaraq qalacaq. Əgər gerçək yalandan başlayırsa, sahib yalançıdır.

Azərbaycanda hər şey yalan olduğu kimi ordenlərdə yalançıdır. Sanki ucuz çin malıdır. Kimi qaldırısan yerindən orden çıxır. Təbii ki, əgər Vasif Talıbova bu orden verilirsə deməli Səfər Əbiyevə də verilməliydi. Çünki bunlar igidlikdə bir-birlərindən geri qalmırlar. Bənəniyardakı hadisələrin arxasında Vasif Talıbov dayanırdısa, Azərbaycanda baş verən hadisələrin arxasında ən birinci Səfər Əbiyev dayanır. Ordu xalqı istənilən təcavüzdən qorumalıdır, təkcə erməni təcavüzündən yox. Əgər bunu unutmusunuzsa xatırlamağa gərək yoxdur. Çünki ortada yeni fakt var.

Əsgərlərimiz yenə bir-birlərini güllələyiblər. Xəbəri Azadlıq Radiosu yayıb. Ordumuzda elan olunmamış müharibə davam edir. İki əsgər öncə 4 divizion komandirini, sonra isə qərargah rəisini güllələyib. Sonda isə bir-birlərini güllələyiblər. Bir-birini güllələyən əsgərlərin ailələrinə başsağlığı verirəm. Çünki onlar gəncdir və təsadüfən ora düşənlərdəndirlər. Digər 4 nəfər isə məqsədli şəkildə orduya gəliblər və ən böyük arzuları əsgər zorlamaq olub. Layiq cəzalarını taparaq öldülər. Mən buna adım kimi əminəm. Keçək orduya.
Orduda dedovşina var. Bir ara yayılan dedovşina videolarının ardından bunun aradan qaldırıldığı deyilsə də yalandır. Ordu da əsgərlərin bir-birinə təcavüzü  hələ də aktualdır. Özü də büdcəsi Ermənistanın büdcəsinə bərabər olan ordu. Daşkəsəndə baş verən hadisədən bu ölkədə ildə 3-4 dəfə olur. Amma nədənsə heç kim çıxıb bir açıqlama vermir “niyə oldu, nə üçün oldu”? Bunun səbəbini öyrənmək elə də çətin deyil. Ölənlərin və öldürüb ölənlərin doğum tarixlərinə və hərbiyə gəldikləri tarixə nəzər salaq:

Ölənlər:

  • Gümayev Yusif Sadəddin oğlu 1973, avqust 1990 Şəki RHK
  • Sadıxov Vasif Miraləm oğlu 1974, iyul 1992 Ağdaş RHK
  • Quliyev Anar Ələddin oğlu 1985, iyul 2002 Lənkəran RHK
  • Səmədov Elgün Loğman oğlu 1989, avqust 2007 Hacıqabul RHK

Öldürüb ölənlər:

  • Əzizov Elxan Bəyalı oğlu 1990, yanvar 2009 Bakı, Yasamal RHK
  • Məmmədov Sadiq Etibar oğlu 1991, oktyabr 2009 Bakı Nəsimi RHK

Aydındır ki, bu 2 əsgər yuxarıdakı 4 hərbiçin və onlarla yaralanan hərbiçilərin davranışlarından bezib bu qərara gəliblər. İndi siz təsəvvür edin bu davranışlar nə səviyyədə ölüb. Zorlamamı olub, döyülmələrmi olub, təhqirlərmi olub, onu artıq deyə bilmərəm. Onu bilirəm ki, ələ silah alıb, komandirlər və qərargah rəisini güllələməkçün yetərli səbəbin olmalıdır və məncə bu uşaqlarda bu səbəb olub. Ona görə bu addıma əl atıblar. Bu da sizə başqa bir 20 yanvar. Mən deyirdim ki, bu ölkə şəhidlər xiyabanıdır, hər tərəfimiz də şəhiddir. Görək növbəti çağırışda neçə nəfər şəhid olacaq…

***

Bu fakt daha bir yalanı ortaya çıxardı.  Ortaya o çıxdı ki, Səfər Əbiyev orduya töhvə yox ölüm verir və bu illərdi ki, davam edir. Cəmi 2 gün sonra o şöhrət ordeninin yalan olması ortaya çıxdı. Bunun kimi bir çox yalanlar ortaya çıxacaq.

Azərbaycanda gerçək yoxdur. Azərbaycanın reallığı yalandan ibarətdir. Hakimiyyətin xalqa elan olunmamış müharibəsi davam edir və bu özünü hər yerdə göstərir. İstər hərbi geyimdə ol, istər mülki geyimdə.

Bir Cavab to “Bir insan necə ölər(2)”

  1. Men de hemiwe ele fikirlewmiwem ki azerbaycanda her wey eslinde oldugu kimi gorunmur.her wey yalan perdesi altindadir,her sahede beledi istir siyasetde istir cemiyyetde.min oyunnan cixan qizlar ozlerini melek kimi gosterir,oglannar da butun gunu kiwiliyden daniwib gozden perde asir.Her weye perde altinnan baxmag bizim kohne adetimizdi.ve her bir azerbaycanli bunu cox gozel bilir ancaq wounu davam etdirir.sadece olara hele catmirki artiq hami bir birinin zibilini bilir wouya day ehtiyyac yoxdu.Ozunuzu evinizdeki kimi hiss edin.Paltarlarinizi cixarib iyrenc bedenlerinizi gostermekden qorxmuyun cunki qorxanlar artiq qorxub qacib,qalanlar ise ozunuzkilerdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: