Articles

Bir insan necə ölər?

In Yazılar on Yanvar 29, 2010 by Araz Önər Etiketlənmiş: ,

Balakən rayonundakı bazarda ölüm hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə Balakən rayonunun prokuroru Vəli Əhmədov məlumat verib. Xəbərə görə, hadisə bu gün saat 14:00 radələrində Balakən mərkəzi bazarında 70-75 yaşlarında qadın qoz-fındıq satarkən qəfildən keçinib. Qadının Balakən rayonunun Boçtbinə qəsəbə sakini olması təsdiqlənsə də, kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Prokurorun dediyinə görə, hadisəyə səbəb ürək dayanması olub.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır. ANSPRESS

Postun adı “Bir insan necə ölər?” və ya “Bədbəxt insanlar-2”. Məncə bu hadisənin üzərinə verilmiş ən düzgün sual budur. Bir insan necə ölə bilər? Özü də, əgər 70 yaşı varsa. ANSPress bu xəbəri saytında yerləşdirmişdi, mən copy+paste elədim atdım tekst dokumentə. Bilirdim ki, siləcəklər. Çünki verdikləri xəbər çox absurd və adi xəbərdi.Bir neçə saatdan sonra ANS xəbəri sildi, ancaq xəbər məndə var. Bilmirəm utanıb sildilər ya nəsə başqa bir şey oldu. Ancaq onu bilirəmki, Azərbaycanda 70 yaşında qəfildən keçinmək adi haldı. Əgər Azərbaycanda ölüm yaşının səviyyəsinə baxsaq 70 yaşında insan hələ çox yaşayıb.

Qadın qəfildən keçinib. Prokuror deyir ki ürək dayanmasıdı. Deməli Tibbi ekspert də deyəcək ki ürək dayanmasıdı. ANS indi də zorlama xəbərlərindən, qəfildən ölüm xəbərlərinə keçir. Başsağlığı yayımlasalar təəccüblənmərəm. Məncə Vahid Naxış sevimli prezidentindən kino çəkməkdənsə gedib regionda yaşayan insanların həyatından film çəksəydi daha gözəl olardı. O qadın qəfildən ölməyib. O qadın ölməliydi. Bəlkə də nəsə xəstəliyi var idi. Həyatında heç olmasa 1 dəfə tibbi yoxlanışdan keçibsə böyük şeydi. İnsan 70 yaşında, -2 dərəcə şaxtada Balakən bazarında qoz fındıq satırsa, keçinməyib nə etsin? Onun da imkani olsaydı, xizək sürməyə gedərdi. Heç olmasa ANS onu 1-cə dəfə göstərsəydi, bəlkə də deyərdi ki, “Ay prezident gəl birinci mənim problemimi həll elə, sonra Qarabağa keçərsən”. Təbii ki, Qarabağ döyüşlərindən öncə 1 kamerası olan ANS-in müharibədən sonra bu qədər varlanması ona dəlalət edir ki, ANS o qadından və onun kimilərindən heç vaxt intervyu götürməyəcək. ANS xalqı müharibəyə səsləyir. Və indi ANS-ə “Müharibə olmasın” deyənlər pul qazandırmır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: