Articles

Bloglar barədə qısa

In Yeni Media on Yanvar 23, 2010 by Araz Önər

1 neçə cümlə

Blogger və oxucu arasındakı münasibət ən qeyri-adi münasibətlərdəndir. Bu nə qəzetçilərin oxucularıyla, nə də televiziya işçilərinin tamaşaçılarıyla olan əlaqəsinə bənzəməz. Burada əlaqə daha fərdi və dinamikdir. Qəzetdə və televiziyada oxucular və ya tamaşaçılar diqtə edirsə, burada vəziyyət tamam başqadır. Çünki televiziya və qəzetin oxuculara xidmət etdiyi halında blog sırf yazara xidmət edir. Burada oxucu heç kimdir. Yazar oxucunu heç bir zaman nəzərə almamalıdır. Bir sözlə eqoist olmalıdır. Çünki burada şərtləri diqtə edən tərəf elə yazarın özüdür. Oxucu isə blogu oxumağa məhkumdur. İstəyirsən lap üzünə söy, o yenə səni oxuyacaq. Hətta ən sevimli səhifələrindən birinə çevriləcəksən.

Məsələn Doktor Ravik blog yazmağa başlayanda oxucuları söyürdu, oxucular da onu söyürdülər. Ravik indi də oxucuları söyür, ancaq cavabında oxucular onu tərifləyir. Bu çox təbii prosesdir. Çünki Ravik oxucunu özünə təslim edə bilib. Necə başlayıbsa, elə də davam edir.

Biri də var ki, sırf oxucu yığmaq xatirinə bloq yazmaq… Buna “copy pasting” deyilir. Bu bloqlar çox vaxt “copy paste” eliyir. Teqlərinə(Açar Söz) də çox zaman “roya hamamda” , “azeri sex” və s. yazırlar ki, internetdə kimsə Royanın lüt şəkillərini axtaranda onun bloquna gəlsin. Mən belə bloggerlərə “lamer” deyirəm. Bu blogların admini əslində oxucunun özüdür. Çünki orada yazarın öz istədiyi yox, sırf oxucunun istədiyi olur. Eksklyuziv və oxucunu qıcıqlandıran bir şey olmur. Oxucu bloqu oxuyanda düşünmür, çünki gözlədiyi bir şeylə qarşı-qarşıyadır. Adətən, bu bloglar ən çox oxunan bloglar olur. Ancaq ən çox oxunan blog ən yaxşı blogdur deyə bir şey yoxdur. Əksinə yaxşı bloglar az və stabil oxunur.

Deməyim odur ki, blog yazanda heç nəyə fikir verməyin. Özünüzü evinizdəki kimi hiss eləyin. İstədiyinizi yazın, istədiyinizi edin.

8 Cavab to “Bloglar barədə qısa”

  1. Bloqqerlere eşq olsun🙂
    Qısa, ama maraqlı yazıydı.

  2. Doktor Ravikin bloqu haqqinda fikirle razi deyilem. Oxucu ile hesabla$masan da ona hörmet etmek lazimdir. Ravik tehqir edir. Virtual olaraq “bomba oglan” olmaq cox asandir. Men de burda sene aglima geleni yaza bilerem, ammma seninle qar$i qar$iya dursam yazdiqlarimi uzune deye bileremmi ? Yox. Uzbeuz sohbetde sene “qaqa” muraciet etsem, qayidib mene deyersen ki, “Qaqaynan gedib evdekilernen dani$” ? Duzu men ele de i$letmirem, amma Azerbaycanda, hetta bezi regionlarda qaqa sozu aktiv i$lenir, ve bu sozu tehqir saymiram. Amma Ravik onun blog-postlarina $erh yazarken qaqa muraciet edenlere tehqirle cavab yazib.
    Ravikin bloqunda ara sira maraqli fikirlere rast gelirdim, maraqli idi. Amma sonradan agini cixardi, rus demesin “izvra$eniyalara” yer verdi, oxuyanda daha ureyim bulanirdi, maraq öldu, sonuncu defe yadima da gelmir onun bloqunu ne vaxt oxumu$am.
    Internetde, heyatimizda yenilik olan bloqun özunemexsus xususiyyetleri olsa da KIVle ortaq cehetleri de var: Oxucuya hörmet etmek lazimdir, bu menim fikrimdir.

  3. Farid basha dushmedim, internetde bomba oglan realda ne bilim ne , o ne sohbetdi ki. Biz burda blog yaziriq, chatda oturub qiz tutmuruq ki. Menim dediyim odur ki, kimin xoshuna gelmir oxumasin. Biz bunlari insanlara mecburi olaraq yedirmirik, ozunuz axtarib tapirsiz. Ozunuz gelirsiz.

  4. Araz,
    Ravik, postlarina $erh yazanlarin, ona “qaqa” deye muraciet etmesini xo$lamir ve ayrica bir post olaraq yazir ki, “Qaqayla gedib evdekilerle dani$in” Xo$unuz gelmir – oxumayin.
    SUal: Uzbeuz söhbetde Ravik ona “qaqa” muraciet edene yuxaridakini deye bilermi ?
    Qulaginin dibinden $apalagin deymesi ehtimali var her halda.
    Uz uzden utanar. Uzagi deyer ki, xahi$ edirem mene qaqa demeyin, adimla muraciet edin mene. Bes niye bunu virtualda keskin formada yazir ? Yoxsa virtualda adam bomba oglan olur ?
    Deyirsen Ravik oxuculari söyur, oxucular ise onu terifleyir. O postlara linki mene vere bilersenmi men baxim. En azindan men qisa bir zaman intervalinda onun bloqunun oxuyurdum, ama ele hörmetsizlikden, ve postlarda urekbulandirmalara, söyu$lere yol verdiyine göre daha oxumuram. Beli, xo$um gelmir, ona göre de oxumuram.
    Sen de oxucularina bele yazirsan ?
    Tehqir edirsen oxucularini ? men hele ki, senin postlarinda buna rast gelmemi$em ve tebii ki, gelsem artiq oxumayacam.
    Burda bir moment var. Eger bloqunu oxuyan yoxdursa onda neye yazirsan onu ? Bloq axi her halda ictimaidir. ele giren “Burda cha$mayin, bura menim zonamdir, xo$unuza gelmir oxumayin” görse onda nece teessurat yaranacaq, tebii ki, diksinecek, oxumaga ba$lamami$ ele ordanca ba$qa linke kechecek.
    Bloqu oxuyan insandir, adamdir, robot deyil ve bele etinasizliq görerse tebii ki, ona ba$ chekmeyecek.
    Hele demirem ki, camaat bloq yazmaqdan emelli pul qazanir:
    http://stepandstep.com.ua/tab_tab-yournews/46_7/sc1_995/id1_94632/#tab-legislation

  5. Farid blog ictimai deyil, eksine shexsidir. Kim istese pul qazana biler, kim istese soye biler, kim istese oz heyatindan yaza biler. Mence, bele de olmalidir, eger xoshuna gelmirse oxumamalisan, her halda onun oxuculari var. Demeli ona, onun kimisine teleb var.

  6. Salam Araz,

    Mənə elə gəlir ki, gündəliyi yazanalar və oxuyanlar arasındakı münasibətləri təsvir edərkən iki nüansı fərqləndirmək lazımdı:
    1)Olan və ya deskriptiv təsvir. Nə necədir. təbii ki, müşahidələrinizə, ümumiləşdirmələrinizə dayanaraqdan və yanlışlıqların ola biləcəyini də yazınızda oxucuya anlatmaqla.
    2) Olması gərəkən və ya preskriptiv ifadə. Məncə siz birincidən başlayırsınız və kifayət qədər ətrafı məsələni açıqlamadan dərhal ikinciyə keçirsiniz və belə olmalıdı, elə olmalı deyil kimi mülahizələr yürüdürsünüz.
    Bundan başqa aşağıdakıları da bölüşmək məncə maraqlı olar:
    1) Oxucu sizin bloqu oxumağa məhkum deyil. Oxucu sizin bloqu başqa yüzlərlə, minlərlə bloq arasından seçir. Yəqin demək istəyirsiniz ki, oxusu siz bloqa nə yerləşdirsəniz onu da oxuyacaq. Ola bilər. Ancaq burda da oxucunun seçimi var. Xoşuna gələni oxuyar, xoşuna gəlməyəni gözardı edər.
    2)Gündəlik yazmaq, özü də açıq yəni kənar şəxslərin girib oxuması mümkün olan gündəlik yazmaq yazarın məqsədini, ən azından ikinci dərəcəli məqsədini anladır: bloqqer özü üçün yaza bilər, lakin bloqa girişin açıq olması bu deməkdi ki, o, yazılarının başqaları tərəfindən oxunmasına etiraz etmir. Ola bilsin maraqlı deyil, ancaq etiraz da etmir.

    Ok, məncə indilik bu qədəri yetər.
    Sizə uğurlar.

  7. Hormətli The Image, birinci ikilikdə yazdıqlarınızdan heç nə anlamadığım üçün yalnız ikinci ikiliyi şərh edəcəm.

    Təbii ki, kimin nə xoşuna gəlsə onu oxuyacaq. Ancaq oxuyan həmişə olacaq. Bu oxucuya nə qədər təsir etməyindən asılıdır. Ola bilsin hətta pis yazını belə oxusunlar. Sırf müəllifə olan simpatiyaya görə.

    Yenə də, təbii ki, bloq açıqdırsa o oxunmalıdır. Ancaq hər kəsin tərzi var. Mənim tərzimə görə yazar eqoist olmalıdır. və biraz eqoistik də çıxsa deyim ki, mən içində fikir, ideya olmayan bloqları , bloq hesab etmirəm. Mənə görə bloqda yazar olmalıdır və onun fikri olmalıdır. Vordpressə Copy-Paste və mp3 yükləyib onu bloq adlandırmaq olmaz.

  8. qardashlar,men hec kimi soymemishem.tesvir elemishem. azerbaycanlilari soyen,onlara bash qoshan adami men ozumexlaqsiz sayiram.
    ikincisi desoyush ciddi senetdemekdir.
    inanmayanblar XX esrin en dahi yazicilarindan olan Bukovskinin romanlarini vereqleyebilerler.romanlarda ancaq suka, blyad,xuesos gormek olar.
    indi o demekdir ki Bukovski bomba oglan idi? ve ya exlaqsiz idi?
    ana-baci sohbetile bloq haqda fikir yazmaq hec ust-uste dushmur

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: