Articles

20 yanvar yazısı

In Yazılar on Yanvar 19, 2010 by Araz Önər Etiketlənmiş: ,

[column width=”30%” padding=”5%”]
Əslində 20 yanvar hadisələri barəsində yazmayasıydım. Matəm haqqında yazmaq mənlik deyil. Ancaq yenə də yazası oldum. 20 yanvarın ümümxalq hüzn günü ya da qələbə günü olması barədə heç bir fikrim yoxdu. Bu barədə yazmayacam. Məqsədim sizi ağlatmaq deyil. Əslində təsəlli verməkdir. Çünki bu qədər matəmin arasında sizlərə yalnız təsəlli yaraşır. Mənim üçün matəm adiləşmiş məhfumdur. Ona görə ağlamayacam…Nə də Şəhidlər Xiyabanına gedəcəm. Niyəsini açığlayım… [/column]

Mən özüm elə Şəhidlər Xiyabanında yaşayıram. Ətrafım şəhidlərlə doludur. Kimisinin başına 20 yanvardan daha az faciəvi xarakter daşıyan hadisələr gəlib, kimisinin başına isə daha çox…Kimisi bu hadisələri unudub, kimisi hələ də bununla yaşayır. Əgər 20 yanvar günü insanlar Azərbaycanın azadlığı uğrunda şəhid olmuşdularsa, bu günün azərbaycanlıları, sağ qalmaq uğrunda, bir tikə çörək qazanmaq uğrunda şəhid olurlar. Mən yalnız torpağa görə ölənlərin şəhid adlandırılmasının əleyhinəyəm. Bu gün Azərbaycanda həyatda qalmaq üçün, bir tikə çörək yemək üçün, nəcə deyərlər balalarını dolandırmaq üçün müxtəlif mənbələrə satılan insanlar var. Bu da elə şəhid olmaq kimi bir şeydi. Heç kəs öz kefinə satılmır, hamısı müəyyən ehtiyacını ödəmək üçün satılır. Əgər deyirsizsə ki, satılmaq ölmək deyil, ancaq mənə elə gəlir elə ölmək kimi bir şeydir.

20 Yanvardan üzü bu yana tutmuş bu xalqın başına o qədər faciə gəlib ki, artıq faciələr adiləşib. Sonra deyirlər ki, cavanlar niyə Qarabağı unudur, işğal olunmuş torpaqlarımızın işğal tarixini bilmir. Bu qədər faciənin arasında, bu qədər işğal olunmuş torpaqların arasında hansını yadda saxlasınlar axı. Bircə onu bilirik ki, işğal yaxın keçmişdə olub. Bu gün öz polisiylə dava edə bilməyən azərbaycanlı, erməni ilə müharibə etmək istəyir. Bunun özü elə ən böyük faciədi. Nəisə çox yazmayacam. Başınız sağ olsun…

Unutmayın. Azərbaycanda elan olunmamış matəm davam edir.

5 Cavab to “20 yanvar yazısı”

  1. her seyi basa dusdum.Yaxsi yazidir.Sadece “oz polisiyle dava ede bilmeyen” sozunu anlamadim..

  2. Tural, Azərbaycan vətəndaşı polisdən, nazirdən, prezidentən qorxduğu kimi ermənidən qorxursa, Qarabağı müharibə yolu ilə qaytarmaq nə dərəcədə məqsədəuyğundur. Öz polisindən qorxan vətəndaş, səncə erməni gülləsindən qorxmazmı?

  3. Polisindən qorxan deyəndə ki…məncə ondan qorxmaq lazım deyil..və yaxud qorxmamaq. Polisini işi mənim, sənin, onun və hərkəsin sakitliyinin və sabitliyinin daşıyıcısıdır, lakin…..təsüflər olsun ki, bu yalnız Mars Planetinde olur!

  4. neyinki polisden hetta zamdekandan qorxan genclerimizde az deyil……..

  5. Şerhsiz…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: