Articles

Vətəndaş mövqeyi

In XNews, Yazılar on Yanvar 16, 2010 by Araz Önər Etiketlənmiş: , , ,

Vasıf Talıbova "mətbuatın dostu" mükafatı təqdim olunur

[column width=”30%” padding=”5%”]”İndi bizdə hər şey yaxşıdı. Vətəndaşlarımız razıdı. Qarşı tərəfdən gələ biləcək istənilən təhlükənin qarşısını almaq üçün bütün vətəndaşların telefon danışıqları dinlənilir. Hələki heç bir təhlükə yoxdur”. Bu sözləri Cənubi Osetiya respublikasının prezidenti cənab Kokoyta demişdi. Gəlin bunu normal vətəndaşın dilindən deyək: ” Kokoyta özünü diktator elan edib. Şəxsi təhlükəsizliyimiz təmin olunmur. Hökümət bütün telefon danışıqlarımızı dinləyir. Artıq-əskik danışanları həbs edir”.[/column]

İstənilən fikri tərsinə çevirmək olar.

***

Maraqsız olsa da yenə də hamınızın diqqətinə Bənəniyarı çatdıracam. Lazım olsa dəfərlə, yüksək intonasiya ilə…İlk növbədə onu deyim ki, özü yaxşıdı ətrafı pisdi. Yəqin bilirsiniz söhbət nədən gedir. Mən illərdir bunu deyirəm. Ancaq son hadisələr məni fikrimdən döndərdi. İndi iki cür fikirləşirəm, həm özü yaxşıdı, həm ətrafı, həm də ki, həm özü pisdi, həm ətrafı. Hər şey iki mənalıdır. Bəzən iki və daha artıq mənası ola bilər. O, özü üçün yaxşıdır. Ətrafı onun üçün yaxşıdır. Özü ətrafı üçün yaxşıdır. Ətrafı xalq üçün pisdir, özü yaxşıdır. Bəziləri üçünsə özü və ətrafı fərq etmir. Kokoytodan gətirdiyim nümunəyə nəzər salın. Eyni hadisəyə iki müxtəlif baxış var. İkisi də özü üçün haqqlıdır. Vətəndaş şəxsi maraqlarını güdür, telefon danışıqlarının dinlənməsini istəmir. Kokoyta isə hesab edir ki, başqası hakimiyyətə gəlsə ölkəni Gürcüstana qaytaracaq, ona görə diktatorlağa başlayır. Kokoytanın məramı onu ifadə edir ki, bu cənab hüquq dövləti qurmaq istəmir. Vətəndaş isə əksinə, necə deyərlər, insan həmişə ilk növbədə özünü fikirləşir və ya fikirləşməlidir.

Bənəniyar hadisələrindən sonra, Vasif Talıbova Şöhrət ordeni verildi. Bu o deməkdir ki, prezident , cənab Talıbovun Naxçıvanda apardığı təmizlik işlərindən razıdı. Bu o deməkdir ki, prezident, Bənəniyarda özünü yandıran vətəndaşı dövlətə təhlükə sayır. Vasif Talıbov isə bu hadisələrin sovuşmasında böyük rol oynadığı üçün, Şöhrət ordeninə layiqdir. Adı vətəndaş(məsələn mən özüm) isə hesab edir ki, həyətində delfin bəsləyən, tank saxlayan nazir o vətəndaşdan daha təhlükəlidir.
Bugün isə Vasif Talıbov mətbuatın dostu elan edilib. Vasif Talıbov, Naxçıvandakı qəzetlərin maddi və texniki bazasının yaxşılaşdırıb. Bu qəzetlər isə hər yerdə Vasif Talıbovu tərifləyib, onun mövqeyini müdafiə edib. Sonda isə ona “mətbuatın dostu” mükafatını veriblər. Adı vətəndaş isə hesab edir ki, vətəndaşın mövqeyini müdafiə edən jurnalistlərin həbs olunmasını, döyülməsini əmr edən bir şəxs heç vaxt mətbuatın dostu ola bilməz.

Hərə özü üçün haqqlıdı. Ancaq adi vətəndaş(məsələn elə mən özüm) hesab edir ki, vətəndaş, fərd, həmişə haqqlıdır. Mövqe vətəndaşındır. Vətəndaşlıq mövqedir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: