Articles

Bir neçə söz…

In XNews on Yanvar 15, 2010 by Araz Önər

İran hadisələrindən

[column width=”30%” padding=”5%”]

Yaşamak bir ağaç gibi tek ve hür
Ve bir orman gibi kardeşcesine

Nazım Hikmet (Davet şeirinden)[/column]

Bu gün bu ölkədə azad olmaq, azad davranmaq istəyən çox adam var. Primitiv azadlıqların verilmədiyi bir ölkədə yaşamaq bu insanlar üçün çətin olsa da, hələ də içlərində mübarizə aparmaq əhval-ruhiyyəsində olanlar da var. Az da olsa var. Amma təxminən 2 il bundan əvvəl bu insanların sayı daha çox idi. Bu insanlar daha əzmli, daha istəkli idilər.İlk öncə referendum, sonra isə Emin və Adnanın həbsi bu insanların sayını azaltdı. Hərəsi bir yerə qaçdı. Ömrümün sonuna qədər mübarizə aparacağam deyən insanlar, bir neçə hadisədən sonra üzlərini döndərib getdilər. Yarısı xaricə qaçdı, yarısı isə bilinmir.

Nə isə həyat faicələrlə doludur. İndi bu yazını bir dostumun mənə Facebookda göndərdiyi mahnıya qulaq asa-asa yazıram. Bu mahnıya qulaq asmışdım. Hətta elə olub ki, təkrar-təkrar dəfələrlə qulaq asmışam. Dostum göndərəndən sonra bir dəfə də qulaq asdım. Bu mahnının nə qədər azadlıq dolu bir mahnı olduğuna bir daha əmin oldum. Mahnıya qulaq asa-asa, “Bəyin oğurlanması” filmindəki, “niyə o əjdahadan bizdə yoxdur?” sualı beynimdə oynayır. Çox üsyankar sualdır. O əjdahadan bizdə yoxdur. Ancaq əgər o əjdaha bizə lazımdırsa, əgər biz doğurdan da əjdaha istəyiriksə olacaq. Çünki bu gün əjdaha istəmək üçün, ilk növbədə bu sualı vermək lazımdır: “niyə o əjdahadan bizdə yoxdur”?

Dostlar, vasitə həmişə məqsədi dəyişir. Əgər vasitə kamil deyilsə, məqsəd eybəcərdir. Ancaq əgər vasitə kamildirsə, məqsəd şərəfli və gözəl olacaq. Bizim çoxumuzun məqsədi var, ancaq vasitəsi yoxdur. Hərdən elə olur ki, məqsədlilər, özlərinə vasitə seçmiş həmməqsədlilərinə kinayə ilə yanaşır. Ancaq belə olmamalıdır. Kamil vasitə hər zaman məqsədə xidmət edir. Kamil vasitə həm məqsədə gedən yolu şərəfli edir, həm özü özlüyündə bir bütövlük yaradır.

Məqsəd azad olmaqdır.Məqsəd, bu gün Amerikada azad gəzmək yox, Azərbaycanda azad gəzməkdir. Çünki qazanılmamış azadlığı biz özününküləşdirə bilmərik. Bu erməni ilə dolma davası etməyə bənzəməz. Mən istərdim ki, hər kəs məqsəd və vasitələri barədə düşünsün.

P.S.: Mahnı – Scorpions – Wind of Change

Bir Cavab to “Bir neçə söz…”

  1. meqsed de var vasite de ancaq umid yoxdur.umid olmayanda ise meqsedde istiqametini deyiwir.cox istiyerdim sendeki umidden mende de olsun.(werhi mahnini dinleye dinleye yazdim.dogurdanda ela mahnidi)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: