Articles

Haiti və Bənəniyar

In Yazılar on Yanvar 15, 2010 by Araz Önər Etiketlənmiş: , , , ,

İlham Əliyev Naxçıvanda 2005

Haitidə Zəlzələ

[column width=”30%” padding=”5%”]
Yəqin ki, xəbəriniz var. Haitidə 7 bal gücündə zəlzələ olub. Camaat qırılıb. Qalanlar da evsiz eşiksizdi. Hamısı acdır. İndi hamı Haitiyə yardım əlini uzadır. Adaya hər yerdən yemək və tibbi preparatlar gəlir. ANS bu xəbəri 3 gündür “Ermənistanın Azərbaycana təcavüzü davam edir” cümləsindən sonra verir. Xəbər elə acı, kədər ilə təqdim olunur ki, adamın lap oturub ağlamağı gəlir. Çox yox, bundan 1 həftə öncə Bənəniyardakı vəhşət barədə isə bir xəbər belə vermədi.
[/column]

Bu gün Azadlıq Radiosunun veb səhifəsində bir video var idi. Videonun mövzusu Bakı sakinlərinin Bənəniyardakı vəhşət haqqında bilib-bilməməsidir. Hadisələr barədə yalnız taksi sürücüsü xəbərdar idi. O həm də, Bənəniyar döyüşlərindəki qəhrəmanlığına görə Vasif Talıbova verilən şöhrət ordeni barədə də bilirdi. Ona maraqlı sual verildi. O da cavab verdi ki, yəqin Vasif Talıbova elə bu hadisələrə görə şöhrət ordeni verilib. Ortada 2 faicə var.

  1. Haitidə 25 min km uzaqda baş verən zəlzələ barədə hamının bilməsi və Bənəniyarda, Bakıdan 700 km uzaqda baş verənlər barəsində isə heç kəsin, heç nə bilməməsi.
  2. Bənəniyarda baş verilənlərdən sonra prezident İlham Əliyevin Vasif Talıbova Şərəf Ordeni təqdim etməsi.

Çox yazmayacam. Sadəcə hər iki məsələyə çox qısa münasibət bildirəcəm. Birincisi, Haitidə baş verənlər təbii ki acınacaqlıdır. Təbii fəlakətdir. İnsan itkisi var. Ancaq bu xəbər verilməməlidir. Əgər sənin öz ölkəndə, öz hakimiyyətinin öz xalqına qarşı etdiyi cinayəti xalqa çatdırmağa götün çatmırsa, Haitidəki xəbəri verməyə haqqın yoxdur. Əgər bu xalq öz ölkəsindəki fəlakətləri bilmirsə, Haitidə olan fəlakəti bilməyə haqqı yoxdur. Mən belə hesab edirəm. 1000 Haiti faicəsi bu gün, Bənəniyardan önəmli ola bilməz. Haitini Bənəniyardan üstün sayanlar bu xalqın manqurtlaşmasından pul qazananlar və bilavasitə xalqı istismar edənlərdir.

İlham Əliyevin Vasif Talıbova Şöhrət Ordeni verməsinə gəldikdə isə…Bu çox şeydən xəbər versə də mən çox şey demək istəmirəm. Deyilən söz artıq deyilib. Sadəcə səbr edin. Bu Şöhrət Ordenindən bir gün Hacıbala Abutalıbov da alacaq.

P.S:. Şəkillərə diqqət yetirin, görün hansı daha faicəvi görsənir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: