Articles

Dünya və Azərbaycan

In XNews, Yazılar on Yanvar 12, 2010 by Araz Önər Etiketlənmiş: , , ,

Dünya rəngarəngdir. Nə qədər gözəl olsa da, bir o qədər eybəcər, nə qədər xoşbəxt olsa da, bir o qədər də bədbəxtdir. Bildiyiniz kimi dünyanın hər yerində insanlar yaşayır. Bu insanlar da bizim kimi gecələr yatır, səhərlər durur, yemək yeyir, tualetə gedirlər. Hərdən bir araya gəlib, ümumi problemləri həll edirlər. İclaslar keçirirlər. Bu iclasların hərəsi bir dildə olur. İclaslarda iştirak edən insanlar isə birlikdə xalq adlanır. Dünyada azərbaycanlılardan başqa digər xalqlar da iclas keçirir. Lakin Dünyada azərbaycanlılar kimi (iclas keçirən) xalq yoxdur. Dünyada azərbaycanlılar kimi xalq yoxdur deyəndə, eyni şeyi almanlara, fransızlara da aid etmək lazımdır. Ancaq azərbaycanlının özəlliyi bir başqadır. Bu barədə saatlarla söhbət etmək olar.

Azərbaycanlı Polis

Deyilənə görə, bu xalqlar hamısı bir vaxtlar eyni cür olublar. Eyni adətlə yemək yeyiblər, eyni adətlə qız alıb veriblər və s. Sonralar isə bukmeykerlər dünyaya müdaxilə ediblər. Müxtəlif dinlər yaradıblar, hərəsinin öz adətləri, ənənələri olub. Beləliklə, müxtəlifləşiblər. Stavkalar çoxaldıqca müharibələrin sayı artıb, şər çoxalıb, qaş qaralıb. Səhralara əsrlərcə yağış yağmayıb. Dualar edilib. Sonra xəbər veriblər ki, bundan sonra səhraya yağış yağmayacaq. Nəisə…Bütün bu müharibələrin, şərin, qaraltının, susuzluğun nəticəsi o olub ki, insanlar ayılmağa başlayıb. İlk günlər tək-tük şəkildə, sonradan isə kütləvi olaraq bukmeykerlərdən və bəzi axmaq adət ənənələrdən imtina etməyə başlayıblar. Kəşflər, ixtiralar ediblər. Beləliklə yavaş-yavaş dəyişib, yeni – daha yaxşı mədəniyyət yaratmağa başlayıblar. Dediyim kimi, bu yeni mədəniyyətin yaranmasında imtinaların çox böyük rolu olub. İnsanlar bəzən özlərini sübut etmək üçün, valideynlərindən, yaxınlarından imtina ediblər. İngiltərədən, Antarktidaya sonra isə gəminin ucun döndərib Avstraliyaya gəliblər.

Gələk Azərbaycana…

Avropalı Polis

Tarix göstərir ki, biz imtina edə bilmirik. Ola bilər ki, həm 3 dəqiqəlik əlimizə aldığımız mobil telefondan tutmuş, 2 il dayanmadan geyindiyimiz şalvara qədər olsun…Qarabağdan necə imtina edə bilmiriksə, Dərbənddən də o qədər imtina edə bilmirik. Ola bilər ki, liberal olaq ancaq millətçilikdən də imtina edə bilməyək. Rüşvətə qarşı çıxaq, ancaq eyni zamanda da alıb verməkdən imtina edə bilməyək. Hakimiyyəti xalqın pulun yeməkdə günahlandıraq, özümüz də oturub qrant yeyək. Belə misallar çoxdur. Axtarası olsaq, bir dəftər taparıq.

Bu xalq illərdir yalnış propoqandanın qurbanıdır. Sanki yeni bir insan yaratmaq istəyiblər amma uğursuz alınıb. İş o yerə çatıb ki, tualetə getməyimiz də başqalarından fərqli olacaq.Deyəcəklər ki, əsl azərbaycanlı türkü tualetə belə getməlidir. Mən hərdən bunu yuxularımda görürəm. Biz elə bilirik ki, bütün dünya bizə qarşıdır. Hamı bizim düşmənimizdir. Amerika öz xalqının xeyrinə hər hansı bir addım atanda, deyirik ki erməni lobbisinin işidir Azərbaycana qarşı yönəlib. Bunu təkcə fağır vətəndaş fikirləşmir ki…Ən prestijli telekanalımızdan tutmuş, ən ağıllı nazirimizə qədər bu fikirdədir. Fikir isə çox bəsit və primitivdir. Avropa və Amerika dünyada şəri yayırlar. Azərbaycansa bu şərə qarşı illərdir mübarizə aparır. Necə deyərlər, Amerika Azərbaycanə çökdürmək istəyir.

Bizim rüşvət verənlə bir problemimiz yoxdur, amma verməyənlə var. Bizim daldan verənlə bir problemimiz yoxdu, amma qabaqdan verənlə var. Bizim üçün illərdir xalqın çörəyini yeyib hakimiyyətdə qalmaq problem deyil, ancaq Sorosun dəstəyin almaq xəyanətdir, deməli problemdir.

Bunda da günahkar xalq deyil. Yenə də deyirəm, bu yalnış propoqandanın nəticəsidir. Bunun da qarşısını almaq lazımdır. Lazımdır deyəndə ki, qarşısı alınmalıdır…Amma…Hərdən fikirləşirəm ki, yaxşı ki bizə kasta sistemini yedirtməyiblər, yoxsa onda gələcəyə ümid ümumiyyətlə olmazdı..

P.S.: Hər gün 2 nəfər növbəyə durmağı öyrənsə, 4 milyon ilə inşallah hamımız növbəyə duracağıq. (c) Molla Nəsirəddin

Azərbaycanda növbə

Avropada Növbə

Bir Cavab to “Dünya və Azərbaycan”

  1. Araz qadan alim deyəsən bu dəfə mali mala qatmisan.O tərəfdəkilər xalq yox,artiq cəmiyyətdilər.
    Bizə isə deyəsən tayfa daha uygun gəlir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: